b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_gghghghghghghgh.jpg
                                                                                                   Lamiyə RÖVŞƏNQIZI

Bu görünən Ağdamdı, 
Ağ damdı, qara damdı.
Yollarına baxmaqdan,
Gözlərimə qan damdı!


Bu gün bütün ağdamlıların gözü yollardan yığışdı artıq. Qarabağın bəy otağı adlandırılan Ağdamı son illər görənlər onu “Ruhlar şəhəri” adlandırırdılar. Ağdamın çox hissəsini işğal edən yağı düşmən şəhəri iki yerə ayırıb öz şəhərimizdə sərhəd çəkməklə illərdir onsuz da yaralı Azərbaycanın qəlbinə dağ üstünə dağ çəkirdi. 

Gözlərimiz qarşısında xarabalığa çevrilmişdi Ağdam... Hər dəfə erməni ilə sərhədə yaxınlaşanda xarabalığını belə qucaqlamaq istəyirdik... 

Otağımızı yaxıb yandıran düşməni didib parçalamağa hər zaman hazır idik... Bu günü görmək istəyən lakin görə bilməyən o qədər nakam getdi ki, bu dünyadan...

Azərbaycanın ən varlı aqrar rayonu Ağdam 1993-cü il 23 iyul tarixindən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.1993-cü ildə Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi. İyunun 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca isə ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. Əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycan milli ordusu düşmənin genişmiqyaslı təpədən-dırnağa silahlandırılmış qüvvəsinə qarşı 42 gün davam gətirə bildi və döyüş Ağdamın işğalı ilə sona çatdı.1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Ağdam rayonu ərazisinin böyük hissəsini işğal etdi. Ərazisi 1094 kv. kilometr olan Ağdamın 882 kvş metri - bir şəhər və 80 kəndi işğal olundu. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid oldu. Bu gün Ağdamdan olan 204 min nəfər məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fffffggfgfg.jpg

Vaxtilə Azərbaycanın ən varlı rayonlarından biri olan Ağdamın yerində indi talan edilərək Qafqazın Xirosimasına çevrilmiş bir şəhərin xarabalıqları qalıb... Və bir də bu torpağın hər qarışı uğrunda qeyri-bərabər döyüşlərdə canını qurban vermiş şəhidlərin ruhu. Hazırda Ağdam dünyada “ruhlar şəhəri” adlanan 20 şəhərdən biridir. Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunda həmsədr ölkənin təmsilçisi kimi fəaliyyət göstərdiyi dövrdə Ağdamın işğalının 15-ci ildönümündə Ağdam haqqında belə deyirdi: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.

Zamanında dünya ictimaiyyəti diqqət yetirsəydi, bəlkə də münaqişəyə verilmiş ən doğru qiymətin məhz bu olduğunun şahidi olardı. Bəli, erməni faşistləri Ağdam kimi gözəl və tarixi bir şəhəri yerlə yeksan ediblər. Qarabağın digər şəhərləri də bu vəziyyətdədir. Ağdamın, eləcə də digər işğal altında olan şəhərlərimizin azad olunması bütün dünyada münaqişələrin həlli aspektindəki təcrübədə bir ilk, görünməmiş bir hadisədir. Bu o deməkdir ki, cənab Ali Baş Komandan İlham Əliyevin yumruğundan, rəşadətli ordumuza verəcəyi “Vur!” əmrindən qorxdu düşmən. Bu o deməkdir ki, bundan sonra hələ uzun zaman böyük sərkərdənin, qalib əsgərin kölgəsindən belə diksinəcək xainlər! 

Məhz Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad etməsi Ermənistanı ərazilərimizi təhvil verməyə - kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ordumuzun yaratdığı vahimə, mübarizə rəmzinə çevrilmiş yumruq, Prezidentin heyrətamiz siyasəti və ümumxalq qəzəbi azad etdi Ağdamı! Hələ 2014-cü ildə Ağdamın bizim nəzarətimizdə olan ərazilərinə səfər edən Cənab Prezident xalqla görüşündə müəyyən ismarışlar vermişdi. Cənab Prezidentin illər öncəki tarixi çıxışına nəzər salarkən, ölkəmizin ərazi bütövlüyü, Qarabağ münaqişəsi ilə bağlı fikirləri və düşüncələrində zərrə qədər də olsa dəyişiklik olmadığını görürük. 2014-cü il avqustun 6-da Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışındakı çıxışında demişdi: “Mən beşinci dəfədir ki, Ağdama səfər edirəm. Hər dəfə burada olarkən, ağdamlılarla görüşərkən görürəm ki, onlarda da nə qədər böyük ruh yüksəkliyi, vətənpərvərlik hissləri vardır. 

Sizin də qeyd etdiyiniz kimi, müharibə zamanı ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Altı minə yaxın şəhidi var. Ağdamlılar öz doğma torpağını qəhrəmancasına müdafiə etmişlər. Hazırda bizim qarşımızda duran əsas problem Qarabağ problemidir. Bundan vacib problem yoxdur. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_195149-INNERRESIZED600-700-1.jpg

Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.”

Həmin bu çıxışdan 6 il ötüb.. Və cənab Ali Baş Komandan verdiyi vədlərin hər kəliməsini bu gün həyata keçirir. Haqsızlığın qisası qiyamətə qalmadı. Torpaqlarımız erməni terrorçularının işğalından azad olundu və bu gün şəhid ruhları artıq rahatdır. Xalqımız öz dədə-baba yurduna dönür və o xarabalıqlar üzərində daha abad və daha möhtəşəm şəhərlər salınacaq. Hər qarış torpağı igid Vətən övladının qanı ilə suvarılan Qarabağ torpağı öz bəy otağını daha təntənəli quracaq! Ruhlar şəhərinə çevrilmiş Ağdamın kabus yuxusu artıq tarixə çevrildi! Biz Ağdamı yenidən qurmağa, dirçəltməyə gedirik!




23 Yanvar 2021 Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif edilib
23 Yanvar 2021 Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
23 Yanvar 2021 Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22 Yanvar 2021 Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib
22 Yanvar 2021 Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21 Yanvar 2021 Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
21 Yanvar 2021 Bakıya qar yağır
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
19 Yanvar 2021 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19 Yanvar 2021 Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına - Rəsmi cavab
18 Yanvar 2021 Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 2021 Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulacaq
18 Yanvar 2021 Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
16 Yanvar 2021 İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16 Yanvar 2021 Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
15 Yanvar 2021 Çavuşoğlu Rusiyanı Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb