b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_103264993_618338162359905_835389679828717174_n.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sərəncamda deyilir ki, Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

Sərəncam Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etməlidir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.



12 Avqust 2020 Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
11 Avqust 2020 Mövlud Çavuşoğlu: “Azərbaycandan adığımız qazın həcmini artıracağıq”
10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA