b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dvdgfgfgfg.jpg

"Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq".

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirdə ASAN könüllüləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu".

İlham Əliyev vurğulayıb ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi:

"Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə".

Prezident əlavə edib ki, ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir:

"Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur".

19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
20 Yanvar 2020 İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO