b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gggghgh.jpg

Şəffaflaşmaya qarşı çıxanlar qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilir.

Missiya.Az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev SƏLİS barədə ətraflı məlumat verib.

Sonra Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan dövlətinin inkişafının təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyən edib. 1993-2003-cü illər dövlət quruculuğu baxımından çox əhəmiyyətli dövr idi. Bu dövrdə bir sıra qlobal layihələr reallaşdırıldı, beynəlxalq əlaqələrin qurulması baxımından əhəmiyyətli addımlar atıldı. 2003-2006-cı illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşdirilməsi dövrü, yeni trendlərlə zəngin tarixi dönəmdir. Həmin dövrdə vətəndaş məmnunluğu ən ümdə dövlət prioritetlərindən biri olub. 2007-2008-ci illərdə Prezident İlham Əliyev iki mühüm konsepsiya qəbul etdi. Bunlardan birincisi vətəndaş məmnunluğunun təmin edilməsi, digəri isə KİV-ə dövlət dəstəyi konsepsiyası idi. Hər iki konsepsiya üzrə müvafiq dövlət qurumları yaradıldı.

“2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursuna başlayıb. Bu kursun əsasını şəffaflaşma təşkil edir. Hələ də kölgə iqtisadiyyatı var və buna qarşı mütəşəkkil mübarizə aparılır. Şəffaflaşmaya qarşı çıxanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. Bu gün şəffaflaşma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş bu prosesdə iştirak edir”, - deyə Prezidentin köməkçisi qeyd edib.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_w_161572423418529918626_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_w_1615724234181873842371_1000x669_1.jpg

 

24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
20 Yanvar 2020 İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO
06 Yanvar 2020 Tramp İraqı hədələdi və şərt qoydu: "Düşmənçilik olacağı təqdirdə..."
26 Dekabr 2019 Zurabişvili: Azərbaycanla sərhədləri tam razılaşdırmalıyıq
25 Dekabr 2019 Türkiyə ordusu Liviyaya girəcək? - RƏSMİ CAVAB
23 Dekabr 2019 Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
20 Dekabr 2019 Tramp Senatda impiçment prosesinin dərhal başlanmasını istədi
17 Dekabr 2019 İlham Əliyev: "Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək"
16 Dekabr 2019 İlham Əliyevdən Xırdalanla bağlı mühüm sərəncam
12 Dekabr 2019 “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - Siyavuş Novruzov
09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO