dffvdgf.jpg

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün ulu öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd etdi.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident İlham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlət başçısı “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib. Dövlət başçısı neftçilərə yeni uğurlar arzulayıb.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun məktubunu oxuyub.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

*** 13:30

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyib. 

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibinin məktubunu oxuyub. 

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

*** 12:12

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyib. 



10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı