b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gghhgjhjhgffgghhhghg.jpg

Azərbaycanda “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”ı təsdiq edilib.

Missiya.Az xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya 3 təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Qeyd edək ki, Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir.



05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı
29 İyun 2020 Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs edildi - RƏSMİ
26 İyun 2020 Ermənistanın hərbi cinayətləri BMT Təhlükəsizlik Şurasındakı debatlarda müzakirə olundu
25 İyun 2020 Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK