b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vbvcvcvbcvbxvffgfggffggfgf.jpg

Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb.

Missiya.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir:

“Mahiyyət etibarilə milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş “beşinci kalon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb. Beləliklə də “müxalifət” adı altında anti-milli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Müxalifətin aqressiv, qeyri-konstruktiv qanadına mənsub olan təmsilçilərinin tez-tez zorakılıq çağırışları etməsi, xalqı üsyana səsləyən təbliğatın aparılması buna əyani misaldır. Burada Prezident İlham Əliyevin may ayında Respublika günü münasibətilə toplantıda Azərbaycana qarşı qeyri-sivil təbliğatın aparılması barədə fikirlərini xatırlatmaq yerinə düşərdi. Nəticədə məqsəd və fəaliyyət formalarına görə siyasi təşkilat kimi çıxış etməli olan müxalifət qeyri-siyasi və qeyri-konstruktiv ünsürə çevrilir.

Bu gün Azərbaycanda müxalifət dedikdə, çox təəssüf ki, əsasən məhz belə mənzərə və iştirakçılar göz önünə gəlir.

Müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mübarizənin sivil, demokratik formalarının bərqərar olmasında müstəsna xidmətlər göstərib. Bugünkü uğurlarımızın qorunub saxlanması, gələcək uğurlarımızın isə təmin edilməsi naminə həmin ənənələr davam etdirilməli, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, “müxalifət” adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması sıralarımızın daha da güclənməsini tələb edir. İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək.

Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”.

 
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 “Mən başqa tədbirdə də Paşinyana cavab verə bilərdim” - İlham Əliyev
08 Oktyabr 2019 "İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov
07 Oktyabr 2019 Tramp: "ABŞ-ın Suriyada sonu olmayan bu axmaq müharibədən çəkilməsinin vaxtı çatıb"
04 Oktyabr 2019 İlham Əliyev: Erməni əsgərlər Azərbaycanın dinc sakinlərini öldürməkdə davam edir
03 Oktyabr 2019 Elçin Quliyev ermənilərin təxribat törətdiyi ərazidə - FOTO
01 Oktyabr 2019 "Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır" - Əli Əhmədov
26 Sentyabr 2019 İlham Əliyev: "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir"
24 Sentyabr 2019 Birinci vitse-prezidentin köməkçisi: "Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib"
20 Sentyabr 2019 İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib
19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”