b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hjhhghghhg.jpg

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazasında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən inşa edilən bazada HDQ-nin komanda məntəqəsi, qərargah binası, gəmilərin bazalandırılması üçün bütün infrastruktur və kommunikasiya xətləri çəkilib, həmçinin burada xidmət edən hərbi qulluqçu ailələrinin sosial-məişət şəraitinin təmin olunması üçün lazım olan bütün şərait yaradılıb.

Gənc liderlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, hərbi dənizçilərin istifadəsində olan silah-sursatlar, xüsusi istehkam avadanlıqları və vasitələri, sualtı axtarış və müdaxilə üçün istifadə edilən robotlar, gəmidə qəza və yanğın zamanı növbəli şəkildə görülən tədbirlər haqqında geniş məlumat verilib. Eyni zamanda qonaqlar şəxsi heyətin xidməti, sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Gəncləri maraqlandıran suallar hərbi qulluqçular tərəfindən cavablandırılıb.

Sonra tədbir iştirakçıları müasir standartlara cavab verən "N" saylı hərbi hissədə olublar. Burada gənc liderlərə Ordumuzun nümayəndələrinin NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə verdiyi dəyərli töhfələrdən və sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat verilib. Qeyd edilib ki, bu gün sülhməramlılarımız Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində mühüm vəzifələr yerinə yetirirlər. Şəxsi heyətimizin nümunəvi xidməti və peşəkarlığı NATO komandanlığı tərəfindən daim yüksək qiymətləndirilir.

Gənc liderlər hərbi hissədə yaradılan xidməti və sosial-məişət şəraiti ilə maraqlanıb və şəxsi heyətlə birgə nahar ediblər.

Sonra “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü keçirilib.

Görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq, görüşün yüksək səviyyədə təşkilinə görə Müdafiə nazirinə minnətdarlıqlarını bildiriblər. İştirakçıları maraqlandıran suallar general-polkovnik Z.Həsənov tərəfindən cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.



02 İyun 2020 Prezident: "Vaxtında gördüyümüz tədbirlər sayəsində minimum itki vermişik"
01 İyun 2020 Pandemiya bitir: Azərbaycan müharibəyə hazırlaşır? - Rus ekspertdən savaş anonsu
21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi - FOTO
07 May 2020 Prezident karantinin yenidən sərtləşdirilmə ehtimalından danışdı
05 May 2020 Siyavuş Novruzov yeni həbs dalğasının anonsunu verdi: "Onlar da həbs olunmalıdır"
04 May 2020 İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək
01 May 2020 Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
30 Aprel 2020 Nazirlikdən 190 manat yardımla bağlı ən son məlumat
29 Aprel 2020 Koronavirus böhranından qazancla çıxan ölkələr də var
27 Aprel 2020 Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
22 Aprel 2020 87 yaşlı kəlbəcərli Prezidentə təşəkkür məktubu yazdı
20 Aprel 2020 Azərbaycanda ordudan tərxis başladı
15 Aprel 2020 “Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır” - XİN
14 Aprel 2020 Prezident İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib - FOTO
09 Aprel 2020 Baş nazir Azərbaycanda ötən ilin işsizlik səviyyəsini açıqladı
06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA