b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1601032123_a.jpg
Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Missiya.Az xəbər verir ki, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.

 

İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.

Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib.

Trend


22 Oktyabr 2020 Qubada 29 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
21 Oktyabr 2020 Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı
13 Oktyabr 2020 Bakıda yeniyetmələr arasında bıçaqlanma olub
08 Oktyabr 2020 Bakıda Qobustan sakini bıçaqlanaraq öldürüldü
08 Oktyabr 2020 Qubada ev yandı: Ölən var
24 Sentyabr 2020 İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü
17 Sentyabr 2020 Bakıda tanışını öldürən şəxs tutuldu
16 Sentyabr 2020 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
15 Sentyabr 2020 Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü
14 Sentyabr 2020 Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
14 Sentyabr 2020 Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı
11 Sentyabr 2020 Sumqayıtda 32 yaşlı kişini öldürən tutuldu
11 Sentyabr 2020 Azərbaycanda qardaş bacısını öldürdü
10 Sentyabr 2020 Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
10 Sentyabr 2020 Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
10 Sentyabr 2020 Abşeronda baş verən dəhşətli qəzanın görüntüləri +18 VİDEO
10 Sentyabr 2020 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı
07 Sentyabr 2020 Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
07 Sentyabr 2020 Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
07 Sentyabr 2020 “Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü