b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bbuy.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Missiya.az xəbər verir ki, DTX-dən verilən məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


oxu.az



07 Avqust 2020 Azərbaycanda kişi qohumunu amansızlıqla qətlə yetirdi
07 Avqust 2020 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ
07 Avqust 2020 Bakıda bir nəfər liftin şaxtasına düşdü
05 Avqust 2020 Şəmkir sakini bıçaqlandı
05 Avqust 2020 Bakıda 32 yaşlı kişi özünü yandırıb
30 İyul 2020 Azərbaycanda dəhşətli qəza: Ər-arvad maşında yanaraq öldü
30 İyul 2020 Masallıda ata və oğulu güllələyən şəxs tutuldu
29 İyul 2020 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
29 İyul 2020 Bakının mərkəzində 29 yaşlı şəxs başından bıçaqlandı
28 İyul 2020 Bakıda azyaşlı qaynar süd qazanına düşərək öldü
27 İyul 2020 Bakıda altı yaşlı uşağı avtomobil vurdu
27 İyul 2020 Azərbaycanda 27 yaşlı kişi dəhşət saçdı: Bir qohumunu öldürdü, birini yaraladı
24 İyul 2020 Bakıda 33 yaşlı qadın intihar edib
24 İyul 2020 Azərbaycanda dəhşətli qətl: qayınata kürəkənini öldürüb meşədə basdırdı
23 İyul 2020 “Şeron” qrupunun üzvü vəfat etdi - VİDEO
23 İyul 2020 ABŞ polisi Azərbaycanın şikayətin təmin etdi: Ermənilər həbs olundu
23 İyul 2020 Azərbaycanda daha bir tələbə qəfil öldü - FOTO
22 İyul 2020 Bakıda ana uşaq dünyaya gətirdikdən sonra öldü
20 İyul 2020 Bakıda oğurluq edən və silah gəzdirən şəxslər ələ keçdi - FOTO
20 İyul 2020 Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi