b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2e43b5bc1f6f42a89b4916307eb240ae.jpg

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin Missiya.Az-a daxil olan birgə məlumatında bildirilir ki, dövlət başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



22 May 2020 Azərbaycanda itkin düşən azyaşlının parçalanmış meyiti tapıldı
15 May 2020 Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi
14 May 2020 Bakıda əməliyyat - Saxlanılanlar var
06 May 2020 Bakıda məşhur bankda əməliyyat - Həbs olunanlar var
05 May 2020 Bilasuvarda polislərə hücum edənlərlə bağlı qərar verildi - RƏSMİ
04 May 2020 “Bandotdel” əməliyyat keçirdi - Nazirliyin sabiq əməkdaşı saxlanıldı
02 May 2020 DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
27 Aprel 2020 DTX-dan əməliyyat - Kasıb ailələrin ərzaq payını mənimsəyən vəzifəli şəxs tutuldu - RƏSMİ
27 Aprel 2020 Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi - TƏFƏRRÜAT
21 Aprel 2020 Bakıda gizli şəkildə fəaliyyət göstərən “Mall” aşkarlandı
17 Aprel 2020 Azərbaycanda iş adamı məktub yazıb intihar etdi
16 Aprel 2020 8103-ə mesaj yazıb, futbol oynamağa getdilər
08 Aprel 2020 Polis əməliyyat keçirdi: Qızlar kafedən bölməyə gətirildi - FOTO
23 Mart 2020 Azərbaycanda DSK sədrinin polis işləyən oğlu bıçaqlandı
21 Mart 2020 Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
11 Mart 2020 DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib - RƏSMİ
06 Mart 2020 Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
05 Mart 2020 Bakıda əməliyyat: 26 nəfər tutuldu
04 Mart 2020 Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ
03 Mart 2020 Bakıda dəhşətli qəzada maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO