b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_scdsfdsfddffdsfd.PNG

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

DTX-dən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.  

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


25 Sentyabr 2020 Bakıda polis polkovniki qətlə yetirildi
24 Sentyabr 2020 İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü
17 Sentyabr 2020 Bakıda tanışını öldürən şəxs tutuldu
16 Sentyabr 2020 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
15 Sentyabr 2020 Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü
14 Sentyabr 2020 Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
14 Sentyabr 2020 Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı
11 Sentyabr 2020 Sumqayıtda 32 yaşlı kişini öldürən tutuldu
11 Sentyabr 2020 Azərbaycanda qardaş bacısını öldürdü
10 Sentyabr 2020 Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
10 Sentyabr 2020 Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
10 Sentyabr 2020 Abşeronda baş verən dəhşətli qəzanın görüntüləri +18 VİDEO
10 Sentyabr 2020 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı
07 Sentyabr 2020 Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
07 Sentyabr 2020 Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
07 Sentyabr 2020 “Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü
07 Sentyabr 2020 Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi
04 Sentyabr 2020 Bakıda ahıl kişi avtobusda öldü
04 Sentyabr 2020 Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Foto
03 Sentyabr 2020 Salyan sakinini Bakıda avtomobil vuraraq öldürdü