b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1565081712_ereb.jpg
Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar.

Missiya.Az xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
 
Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları – 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.
 
Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki "Bank of Baku” bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.
 
Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.
 
Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.

oxu.az


07 İyul 2020 Azərbaycanda bankın vəzifəli şəxsləri həbs edildi
07 İyul 2020 Bu yüksək vəzifəli şəxs vəfat etdi
07 İyul 2020 Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO
03 İyul 2020 Goranboyda ağır qəza: Bir nəfər öldü
03 İyul 2020 Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu
03 İyul 2020 17 yaşlı oğlan Kürdə batdı
03 İyul 2020 Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər
02 İyul 2020 Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı
02 İyul 2020 Bakıda 29 yaşlı iş xanımı qəfil öldü - FOTO
01 İyul 2020 Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi
01 İyul 2020 Azərbaycanda iş adamı yol qəzasında öldü
01 İyul 2020 Bakıda karantin qaydalarını pozan gənc özünü doğradı
01 İyul 2020 Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi
01 İyul 2020 Hövsanda nəzarət postunda polis vuruldu
30 İyun 2020 Qəbələdə iki yaşlı qız arxda boğuldu
30 İyun 2020 Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü
26 İyun 2020 Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi
25 İyun 2020 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
20 İyun 2020 İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı
19 İyun 2020 DİN: Kamil Zeynallı digər sürücü ilə yol üstündə dava edib