b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_wr5234234.jpg

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Çindəki rəsmi nümayəndəsinin müavini Moskvada taksi sürücüsü tərəfindən qarət olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Life.ru yerli hüquq-mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

Belə ki, zərərçəkən vətənində keçirdiyi məzuniyyətin başa çatması ilə əlaqədar Çinə geri dönməyi planlaşdırıb. İyunun 14-də səhər tezdən taksi tutub. Müşahidə kamerasına düşmüş görüntüdə onun taksiyə mindiyini görmək olur. İki saatlıq yoldan sonra polkovnik-leytenantın halı pisləşib, burnundan qan açılıb.

Taksi sürücüsü ona maşından düşməyi təklif edib və üzünü yumağa kömək edib. Ancaq üzünü təmizlədikdən sonra sürücü onu yolun kənarında tərk edib.

Maşında sərnişinin bir neçə bank kartı, sənədləri (Rusiya pasportu və Çində yaşamaq icazəsi) və hədiyyələri qalıb. DİN-in yüksək çinli zabiti hadisə ilə bağlı polisə şikayət edib. Taksi sürücüsü tapılaraq saxlanılıb. Onun 59 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Sürücü polisə verdiyi ifadədə bu əməlini ağır maddi vəziyyəti ilə izah edib. O, sərnişinin sənədlərini zibil yeşiyinə atıb. Həmçinin, bəzi əşyaları yolda olan səfilə verdiyini bildirib. Onların heç birini tapmaq mümkün olmayıb. Polkovnik-leytenantın “iPad”ini isə özünə götürüb.

DİN zabiti hazırda sənədlərinin yenidən hazırlanması ilə məşğuldur. Azərbaycanlı taksi sürücüsü isə ölkəni tərk etməmə barədə iltizamnamənin alınmasından sonra şərti azad edilib.



oxu.az
15 İyul 2019 Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı - VİDEO
12 İyul 2019 Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü
11 İyul 2019 Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı
10 İyul 2019 Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO
09 İyul 2019 Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın səbəbi açıqlandı
06 İyul 2019 Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı
04 İyul 2019 Bakıda fəhlənin başına daş düşdü
27 İyun 2019 Bakıda dönərdən kütləvi zəhərlənməyə görə CİNAYƏT İŞİ BAŞLANDI
21 İyun 2019 Kür çayında iki yeniyetmə batıb - Meyitləri hələ tapılmayıb
20 İyun 2019 Bakıda tanımadığı qadınla cinsi əlaqədə olan kişinin başı dərddə
19 İyun 2019 Bakı toyunda kütləvi dava - Yaralılar var
15 İyun 2019 Jurnalistin qızı və həyat yoldaşının intiharı ilə bağlı təfərrüatlar
14 İyun 2019 Bakıda dəhşətli hadisə: Ana və qızı özlərini 10-cu mərtəbədən atdı
14 İyun 2019 Bakı metrosunda intihara cəhd - Sevgilisi ilə dalaşan qız özünü qatarın altına atmaq istədi
12 İyun 2019 Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var
12 İyun 2019 Salyanda parkdan raket tapılıb
11 İyun 2019 Bakı məktəbində qız hər kəsi aldatdı: Direktor məsələni ictimailəşdirdi - FOTO
10 İyun 2019 Azərbaycanda oğlunun hərəkətinə görə kişiyə qadın paltarı geyindirdilər
10 İyun 2019 Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi
07 İyun 2019 Azərbaycanlı qadın ərəb turistə oteldə həyatının şokunu yaşatdı