b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dispanser.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

Missiya.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M. Məmmədov ömürlük, T.Məmmədhəsənov dörd il, M.Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

A.Məmmədovaya isə şərti cəza verilib. 

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.



03 İyul 2020 Goranboyda ağır qəza: Bir nəfər öldü
03 İyul 2020 Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu
03 İyul 2020 17 yaşlı oğlan Kürdə batdı
03 İyul 2020 Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər
02 İyul 2020 Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı
02 İyul 2020 Bakıda 29 yaşlı iş xanımı qəfil öldü - FOTO
01 İyul 2020 Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi
01 İyul 2020 Azərbaycanda iş adamı yol qəzasında öldü
01 İyul 2020 Bakıda karantin qaydalarını pozan gənc özünü doğradı
01 İyul 2020 Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi
01 İyul 2020 Hövsanda nəzarət postunda polis vuruldu
30 İyun 2020 Qəbələdə iki yaşlı qız arxda boğuldu
30 İyun 2020 Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü
26 İyun 2020 Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi
25 İyun 2020 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
20 İyun 2020 İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı
19 İyun 2020 DİN: Kamil Zeynallı digər sürücü ilə yol üstündə dava edib
10 İyun 2020 Abşeronda evdən 85 yaşlı qadının meyiti tapılıb
09 İyun 2020 Bakıda çoxmərtəbəli binada yanğın - 20 nəfər təxliyə olundu
02 İyun 2020 Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ