b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_11i.jpg

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Missiya.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Aralarında baş verən dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib. Yerə yıxılan C. Məmmədov qəflətən dünyasını dəyişib.

Onun isti havada əsəbi gərginlik keçirdiyi və ürəktutması səbəbindən öldüyü ehtimal edilir. Digər şəxslər qara rəngli “QAZ 24” markalı minik maşını ilə hadisə yerindən qaçıblar.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.

Cümşüd Məmmədov da həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

17 Oktyabr 2019 Milli Məclisin yanında dəhşətli qəza - VİDEO
14 Oktyabr 2019 Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi
10 Oktyabr 2019 Döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO
08 Oktyabr 2019 Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar
07 Oktyabr 2019 Bakıda liftlərdə seksual hərəkətlər edən manyak saxlanıldı
27 Sentyabr 2019 Bakıda cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular
26 Sentyabr 2019 Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı - VİDEO
23 Sentyabr 2019 Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu
20 Sentyabr 2019 Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
19 Sentyabr 2019 Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - HADİSƏ ANI - VİDEO
13 Sentyabr 2019 Güllələnən hüquqşunas öldü - TƏFƏRRÜAT
12 Sentyabr 2019 “Leş Tofiq” və cinayətkar dəstəsi belə ələ keçdi - ANBAAN VİDEO
11 Sentyabr 2019 Bakıda adam oğurlayan dəstə tutuldu - Bir girov azad edildi
05 Sentyabr 2019 “Torqovı”dakı əxlaqsız qadınlarla bağlı polisdən yeni AÇIQLAMA
04 Sentyabr 2019 Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi - TƏFƏRRÜAT
02 Sentyabr 2019 Bakı polisi fahişələrə qarşı - Naryad qrupları yaradıldı
30 Avqust 2019 Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu
26 Avqust 2019 Qubada itkin düşən kişinin meyiti tapıldı
23 Avqust 2019 Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO
22 Avqust 2019 Bakıda homoseksuallar onlara siqaret verməyən gənci döyüldülər