b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_7f0f0320-5853-3d34-8a40-45f9086a31d0_850.jpg

ABŞ gələn il tarixdə ilk dəfə neft emalı bazarındakı liderliyini itirə və güclərini artıran Çini özündən irəli buraxa bilər.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Beynəlxalq Energetika Agentliyinə (BEA) istinadən məlumat yayıb.

ABŞ XIX əsrin ortalarında neft erasının başlanmasından bəri neft emalı sahəsində lider olub. Ancaq ekspertlər proqnozlaşdırırlar ki, bu mövqeyi artıq 2021-ci ildə Çin tutacaq. Lider dəyişikliyi həmçinin ABŞ-da nef emalı zavodlarının bağlanması fonunda Çində hazırda azı dörd belə zavodunun tikilməkdə olması ilə bağlı ola bilər.

Agentliyin məlumatına görə, Çinin bu yeni neft emalı zavodlarının ümumi gücü gündəlik 1,2 milyon barelə çata bilər ki, bu da Böyük Britaniyanın cəmi neft emalına bərabərdir. Eyni zamanda, qeyd olunur ki, COVID-19 pandemiyasının səbəb olduğu böhran səbəbi ilə yanacağa olan qlobal tələbat azalıb və buna görə də neft istehsalı və emalı həcmlərinin azaldılması zəruri olub. Azalma rekord həddə - gündəlik 1,7 milyon barel təşkil edib və bunun yarıdan çoxu ABŞ şirkətlərinin payına düşüb.



20 Yanvar 2021 Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklərin həcmi açıqlanıb
20 Yanvar 2021 Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb
18 Yanvar 2021 Dövlət Vergi Xidmətinin ötən il büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb
14 Yanvar 2021 Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
12 Yanvar 2021 Almaniya bankı ABŞ prezidenti və onun şirkətləri ilə əməkdaşlığı dayandırır
12 Yanvar 2021 Manatın məzənnəsi ucuzlaşacaq? - Mərkəzi Bank iddialara aydınlıq gətirdi
11 Yanvar 2021 Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?
09 Yanvar 2021 2022-2025-ci illər üçün yanacaq - enerji balansının layihəsi hazırlanacaq
05 Yanvar 2021 Təbii qaz bahalaşıb
05 Yanvar 2021 Regionda ən ucuz dizel Azərbaycandadır - SİYAHI
04 Yanvar 2021 OPEC: 2021-ci ildə neftə tələbat artacaq
29 Dekabr 2020 Türkiyə ilə Britaniya tarixi müqaviləni imzaladı
28 Dekabr 2020 Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək
25 Dekabr 2020 Yaşayış minimumunun məbləği artırılır
25 Dekabr 2020 Gələn il pensiyalar neçə manat olacaq?
23 Dekabr 2020 İstanbulda gediş haqqı artırıldı
22 Dekabr 2020 Azərbaycan və İran arasında preferensial ticarət sazişinin mətni üzrə razılığa gəlinib
21 Dekabr 2020 Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır
18 Dekabr 2020 Elektromobillər sərfəli qiymətə satılacaq
16 Dekabr 2020 Azərbaycan minik avtomobili istehsalını 21 % azaldıb