b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdgdfgfgfhfh.jpg

"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhər arası və şəhərlər arası avtobusların yığımını həyata keçirə bilər. 

Missiya.Az 
xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperimental olaraq “CNG” qaz mühərrikli avtobus yığıldı və cənab prezident İlham Əliyev Gəncə avtomobil zavodunda olarkən dövlət başçısına təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə görə, yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz  “Avro-5” standartına cavab verdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir.

“Ölkə başçısına da təqdim etdiyimiz CNG mühərrikli avtobuslar 279 at gücündə Euro-5 Mercedes-Benz mühərrikinə və Allison avtomatik ötürmə sisteminə malik 276 m3 sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 km məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqlar isə 26 nəfərdir. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq manitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür” deyə X. Fətiyev əlavə edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_82627194_267947524181835_1701634418830999552_n.jpg

Müşahidə Şurasının sədri əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən sön texnologiyalarla təchiz olunan E-321 elektrobusların eksperimental yığımları həyata keçirilib. Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır:

“Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur” deyə Xanlar Fətiyev bildirib.b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_82612997_2496719997263743_5528355433804201984_n.jpg

 

"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhər arası və şəhərlər arası avtobusların yığımını həyata keçirə bilər. 

Missiya.Az 
xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperimental olaraq “CNG” qaz mühərrikli avtobus yığıldı və cənab prezident İlham Əliyev Gəncə avtomobil zavodunda olarkən dövlət başçısına təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə görə, yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz  “Avro-5” standartına cavab verdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir.

“Ölkə başçısına da təqdim etdiyimiz CNG mühərrikli avtobuslar 279 at gücündə Euro-5 Mercedes-Benz mühərrikinə və Allison avtomatik ötürmə sisteminə malik 276 m3 sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 km məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqlar isə 26 nəfərdir. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq manitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür” deyə X. Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədri əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən sön texnologiyalarla təchiz olunan E-321 elektrobusların eksperimental yığımları həyata keçirilib. Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır:

“Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur” deyə Xanlar Fətiyev bildirib.

11 Fevral 2020 Bakıda möhtəşəm asma körpü tikilir - FOTO
05 Fevral 2020 Azərbaycan bu məhsulları Çindən alır - SİYAHI
03 Fevral 2020 DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
29 Yanvar 2020 “Honda” ve “Toyota” şirkətləri fəaliyyətini dayandırdı
16 Yanvar 2020 Mərkəzi Bankın strukturu dəyişdi
16 Yanvar 2020 Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb
13 Yanvar 2020 "Gəncə Avtomobil Zavodu" Finlandiya şirkəti ilə müqavilə imzalayıb
25 Dekabr 2019 İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi – 175 minlik müqavilə
18 Dekabr 2019 Gürcüstandan Azərbaycana gələn şəxsin gömrükdə yalanı üzə çıxdı - FOTO
17 Dekabr 2019 Evi olmayanlara şad xəbər - İlham Əliyev fərman imzaladı
11 Dekabr 2019 Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək
09 Dekabr 2019 Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTOLAR
08 Noyabr 2019 Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
01 Noyabr 2019 İctimai nəqliyyatda gedişhaqları ARTIRILIR? - BNA AÇIQLADI
24 Oktyabr 2019 Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı - FOTO
23 Oktyabr 2019 Bu şəxslər üçün aylıq vergi azaldılır
19 Oktyabr 2019 Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
27 Sentyabr 2019 Hökumət gələn ilin büdcəsinə “hə” dedi
23 Sentyabr 2019 GMO məhsullarla birgə mübarizə barədə tədbir keçirilib - FOTO
30 Avqust 2019 "Moody's": Azərbaycanda vergi islahatları büdcənin qeyri-neft kəsirini azaltmağa imkan verəcək