b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fgfhgfh.JPG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb.  

Missiya.Az xəbər verir ki, M.Cabbarov noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir.

“Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

Həmçinin, riskli vergi ödəyicilərinə nəzarətin, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsini, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını özündə ehtiva edir.

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.

Bildirək ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir.

“Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır”, - deyə M.Cabbarov əlavə edib.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

Mikayıl Cabbarov qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır.

“Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir”.

Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 



05 Aprel 2020 Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəlib
02 Aprel 2020 Koronavirusa görə ödəmələr bu həftə başlaya bilər - ŞAD XƏBƏR
19 Mart 2020 Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
11 Mart 2020 Baş bankir dollarla bağlı əhaliyə müraciət etdi
09 Mart 2020 Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb
02 Mart 2020 Nazirlər Kabineti bu yanacağı gömrük rüsumundan azad etdi
11 Fevral 2020 Bakıda möhtəşəm asma körpü tikilir - FOTO
05 Fevral 2020 Azərbaycan bu məhsulları Çindən alır - SİYAHI
03 Fevral 2020 DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
29 Yanvar 2020 “Honda” ve “Toyota” şirkətləri fəaliyyətini dayandırdı
23 Yanvar 2020 Xanlar Fətiyev Azərbaycanda avtobus istehsalından danışıb - FOTO
16 Yanvar 2020 Mərkəzi Bankın strukturu dəyişdi
16 Yanvar 2020 Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb
13 Yanvar 2020 "Gəncə Avtomobil Zavodu" Finlandiya şirkəti ilə müqavilə imzalayıb
25 Dekabr 2019 İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi – 175 minlik müqavilə
18 Dekabr 2019 Gürcüstandan Azərbaycana gələn şəxsin gömrükdə yalanı üzə çıxdı - FOTO
17 Dekabr 2019 Evi olmayanlara şad xəbər - İlham Əliyev fərman imzaladı
11 Dekabr 2019 Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək
09 Dekabr 2019 Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTOLAR