1558611174_4638.jpg
Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.
 
Missiya.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.
 
R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”. 
10 İyul 2019 Qoşqar Təhməzli: "Transyağlarının nehrə yağı adı altında satılması cinayət faktıdır"
09 İyul 2019 “Instagram”da möhtəşəm yeniliklər
08 İyul 2019 Bu istirahət mərkəzləri cəzalandırıldı - SİYAHI
14 İyun 2019 Agentlikdən enerji içkiləri ilə bağlı - YENİ QAYDALAR
11 İyun 2019 İşsiz olanlar üçün vakant yer var - 1872 AZN maaş
10 İyun 2019 Yeni açılan Bakı-Batumi avtobus reysilərinin qiyməti açıqlandı
07 İyun 2019 Azərbaycanda bu şəxslər 1824 AZN maaş alacaq
30 May 2019 Bu tərkibli enerji içkiləri dövriyyədən çıxarılır
22 May 2019 Azərbaycanın ən populyar smartfonları açıqlandı
08 May 2019 Nazir: Bir çox işçilərlə yollarımızı ayırmışıq
30 Aprel 2019 Problemli kredit sahiblərinə yeni xəbər
22 Aprel 2019 Problemli krediti olan vətəndaşların diqqətinə! Bu gündən...
16 Aprel 2019 Kartof, soğan, kələm ucuzlaşıb - NAZİRLİK
10 Aprel 2019 Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik edilə bilər
05 Aprel 2019 Problemli kredit sahiblərinə ödənişlər BU QAYDADA veriləcək
02 Aprel 2019 Bu şəxslərin kredit borcu bağışlandı – SİYAHI
27 Mart 2019 Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı
15 Mart 2019 Azərbaycanın xarici borcu açıqlandı
28 Fevral 2019 Dövlət qulluqçularının maaşları artırılır
28 Fevral 2019 “Dollarla kredit götürüb artıq ödəniş edənlərin pulu geri qaytarılacaq” - Mərkəzi Bank