b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1570014792_ha.jpg 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında qalmaqallı məğlubiyyəti ilə bağlı danışıb.

Missiya.Az xəbər verir ki, İctimai Televiziyada “Bol İdman” verilişində qonaq olan idmançı rusiyalı Hacımurad Rəşidova qarşı görüşdə hakimlərin haqsız qərarı ilə məğlub olduğunu söyləyib:

“İdmanda qalib gəlmək də olur, uduzmaq da. Biz haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə, haqsızlıq edirlər. Amma bu dəfəki hadisə tamam başqa idi. Başıma ilk dəfə belə hadisə gəldi. Hakimlərin etdiyi böyük səhvdir. Dünya çempionatına belə zəif hakimləri buraxmaq beynəlxalq federasiyanı düşündürməlidir”.
 
H.Əliyev hakimlərə etiraz edən vaxt məşqçiləri Arif Abdullayev və Zəlimxan Hüseynovun onu tək qoymasını da tənqid edib:

“Həmin vaxt özümdən çox çıxmışdım. Həmin vaxt hakim mənə dedi ki, “rahat ol 2 xal sənindir”. Mən də buna çox sevindim. 1 xalı gördükdən sonra öz məşqçilərimizə siz də etiraz edin dedim. Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə yanıma gəlməli idilər. Amma bunu etmədilər. Bu bizim güləşimizə yaraşmır”.


28 Aprel 2020 "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb
12 Mart 2020 AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər
05 Mart 2020 Ronaldinyo saxta pasportla tutuldu – FOTO
27 Fevral 2020 İlham Əliyevə Uels millisinin forması hədiyyə edildi
05 Fevral 2020 Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb