b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ilhamPPP111.jpg

“Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılıb”.

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.

Prezident bildirib ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır:

 

“Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etdik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır”.

“Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib”,- deyə İlham Əliyev qeyd edib.



23 Yanvar 2021 Pandemiya varlı ilə kasıbı bərabərləşdirdi
23 Yanvar 2021 Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu - FOTO
23 Yanvar 2021 Səfirlik "Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 ili" adlı müsabiqə elan edir
23 Yanvar 2021 Emin Əmrullayev : “Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib”
23 Yanvar 2021 Rusiyada sakinlər 51 dərəcə şaxtada mitinqə çıxıblar
23 Yanvar 2021 Vilayət Eyvazov daha bir rəisi sərəncama göndərdi
23 Yanvar 2021 Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
23 Yanvar 2021 Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 2021 Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurulacaq
23 Yanvar 2021 Vüqar Səfərli apellyasiya şikayəti verib
23 Yanvar 2021 ABŞ-da müalicə olunan Azad Rəhimov başqa xəstəxanaya köçürülüb
23 Yanvar 2021 TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi
23 Yanvar 2021 Paytaxta təmizliklə bağlı iməcilik keçirildi
23 Yanvar 2021 DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
23 Yanvar 2021 Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23 Yanvar 2021 “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 800-cü qolunu vurub
23 Yanvar 2021 Ermənistanda Rusiya hərbçisi ölüb
23 Yanvar 2021 AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi, yeni idarə və şöbə yaradılıb
23 Yanvar 2021 Əli Abbasova AMEA-da yeni vəzifə verildi
23 Yanvar 2021 Putin məmur təyinatında yaş həddini ləğv edir