|
|
![]() |
Bu gün Azərbaycan, Rusiya prezidentlərinin və Baş nazir Nikol Paşinyanın 10 noyabrda imzalanan birgə bəyanata uyğun olaraq Ermənistan ordusu işğal altında olan Laçın rayonunu tərk etdi.
Missiya.Az xəbər verir ki, artıq Azərbaycan Ordusu Laçına daxil olub.
Erməni tərəfini Laçınla bağlı əsas narahat edən məsələlərdən biri Qafan Hava Limanının hansı ölkənin ərazisində olması idi. Çünki Hava Limanı Azərbaycan sərhəddinə çox yaxındır.
Qafanın meri Gevorik Parsyan yerli mediaya bildirib ki, aeraport Ermənistanın nəzarətində qalacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Azərbaycan-Ermənistan dövlət sərhəddinə yaxın ərazilərdə yerləşən yolların və obyektlərin hansı ölkənin nəzarətində olacağı geniş müzakirələrə səbəb olmuşdu. Həmçinin Gorus-Qafan yolunun bəzi hissələrinə Azərbaycan tərəfinin nəzarət edəcəyi qeyd edilirdi.
Ermənistanın sərhədyanı kəndlərinin əhalisi yayılan xəbərlərdən sonra sərhəd əraziləri tərk etməyə qərar vermişdilər. Onlar Azərbaycan əsgərlərinin nəzarət edəcəyi ərazilərdə yaşamaq istəmədiklərini bildirirdilər.
Elvin
Missiya.Az