endirm 4.jpeg Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir.

Missiya.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilir. Qeyd edək ki, ilkin razılaşmaya görə Azərbaycan ordusu noyabrın 15-də Kəlbəcərə daxil olmalı idi. Ancaq noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb. Azərbaycan Kəlbəcərin coğrafiya və relyefini nəzərə alaraq, humanist addım atıb və təhvilin noyabrın 25-də baş tutmasına qərar verilib. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənədin imzalanmasına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən Müharibəsindəki uğurlu hərbi əməliyyatlar, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, dörd qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunması ilə nəticələnib. Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Vurğulamaq lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan başçılarının imzaladığı bəyanata əsasən, düşmən noyabrın 20-də Ağdam rayonunu təhvil verib və Azərbaycan ordusu şəhərə daxil olub. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil veriləcək.


28 Yanvar 2021 Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyəti müzakirə edəcək
27 Yanvar 2021 Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq"
27 Yanvar 2021 Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
27 Yanvar 2021 İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
27 Yanvar 2021 Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə edib
27 Yanvar 2021 Prezident QHT-lərlə bağlı fərman imzaladı
27 Yanvar 2021 XİN: Holokost dövrümüzün ən dəhşətli cinayətlərindən biridir
27 Yanvar 2021 XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı
27 Yanvar 2021 Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”
27 Yanvar 2021 Prezidentin köməkçisi: "Azərbaycan və Türkiyə əməkdaşlığı heç kimə qarşı yönəlməyib"
27 Yanvar 2021 Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"
27 Yanvar 2021 Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsindən ilk açıqlama
27 Yanvar 2021 “Necə demək olar ki, Şuşa bizə bağışlanılıb?”
27 Yanvar 2021 Ali Baş Komandan: "Nəyi demişəmsə, onu da etmişəm"
27 Yanvar 2021 Məktəblərdə qış tətili başlayıb
27 Yanvar 2021 Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb
27 Yanvar 2021 Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək
27 Yanvar 2021 Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı
26 Yanvar 2021 AŞ NK sədri: "Qarabağdakı əməliyyatlarda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur"
26 Yanvar 2021 “Azəriqaz”ın baş direktorundan işğaldan azad edilən ərazilərin qazlaşdırılması ilə bağlı AÇIQLAMA