b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_120844970_10163977839135315_918366808334329210_o.jpg

Müstəqil Azərbaycan qədimdən müxtəlif tarixi sivilizasiyaların eyni çətir altında yaşadığı ölkədir.Ümumiyyətlə, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır və təxminən 5 min illik dövlətçilik tarixinə malikdir.

100-dən çox etnos nümayəndəsinin yaşadığı Azərbaycan torpaqları zaman – zaman hücumlara məruz qalmışdır.Bunun səbəbi ölkənin əlverişli coğrafi mövqeyi, qədim mədəniyyət ocaqlarına malik olmasıdır.Azərbaycan torpaqlarını uzunmüddətli işğal altında tutan ən təcavüzkar millət mənfur erməni millətidir. Artıq 30 ilə yaxındır ki, bizim Qarabağ yaramız var və illərdir, bütün azərbaycanlılar Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir- şüarı ilə yaşayırlar.

Qarabağ Qafqaz Albaniyasının ərazisi olmuşdur.Qeyd etmək lazımdır ki, Qarabağ əhalisinin etnik tərkibində albanların xüsusi yeri olmuşdur. Burada yaşayan müxtəlif millətlər arasında ermənilər də mövcud olmuşdur.Füsunkar təbiətə, münbit torpaqlara malik olan Qarabağ çox təəssüf ki, erməni millətinin daim hədəfi olmuşdur.Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlandı.Ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma “Böyük Ermənistan” adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları kimi qələmə vermişlər.Ermənilər gəlmə xalqdır və onların dünya tarixi səhnəsində xüsusi bir yeri yoxdur. Tarix boyu heç vaxt müstəqil dövlətə malik olmayan ermənilər daim başqa dövlətlərdən asılı şəkildə mövcud olmuşlar.

Erməni-daşnak faşistləri ilkin olaraq açıq səkildə 1905-1907-ci illərdə Azərbaycan türklərinin qətliamına fərman verdilər və milli-etnik münaqişə zəminində XX əsrin ilk soyqırımı faciəsini törətdilər. Ayrı-ayrı dövrlərdə tarixi şəraitə uyğun və məqsədyönlü şəkildə müxtəlif metod və üsullarla təzyiq, təhdid və təqiblərini səngitmək bilmədilər. Azərbaycanlıların qətliamını II mərhələdə - 1918-1920-ci illərdə daha da amansız şəkildə davam etdirərək əcdadlarımızın Oğuz yurdunu - Qərbi Azərbaycanı qəsb etdilər. İrəvanı isə özlərinə paytaxt seçdilər. Etnik təmizləmə siyasətinin III mərhələsində - 1948-1953-cü illərdə isə cinayətkarcasına Ermənistan SSR ərazisindən Azərbaycan türklərinin deportasiyasını həyata keçirdilər. 1988-1991-ci illərdə isə son olaraq daşnak terror qruplarının təzyiqləri, təxribatları və sui-qəsdləri ilə Azərbaycan türklərini etnik torpaqlarından - Qərbi Azərbaycandan son nəfərinədək çıxardılar, yurd-yuvalarından didərgin saldılar.

“Böyük Ermənistan” ideyasını yaratmağa çalışan ermənilər Azərbaycan torpaqlarında (Qarabağ, Zəngəzur, Naxçıvan qəzalarında) etnik təmizləmə və türk-müsəlman siyasəti yürüdərək minlərlə insan qətlə yetirmiş və çoxsaylı insanlar öz evlərindən didərgin düşmüşlər.613 Xocalı sakininin, 63 uşağın, 70 qocanın amansızcasına qətlinə illərdir biganə qalan dövlətlər heç bir zaman ədalətdən danışa bilməz.Azərbaycan tarixi və xalqı təkcə Xocalı soyqırımına yox, bunun kimi bir sıra insanlığa qarşı baş vermiş terror aktlarına məruz qalıb.Qeyd edilməlidir ki, erməni terrorçu təşkilatları ilk olaraq erməni icmalarının iştirakı və bir sıra böyük dövlətlərin dəstəyi ilə yaranmışdır.Onların ən böyük düşməni türkdür və məqsədləri türk-müsəlman dünyasına zərbə vurmaq, anti-islam ab-havası yaratmaqdır.Buna ən bariz nümunə olaraq ermənilərin Azərbaycan ərazilərində məskunlaşması zamanı bir sıra kəndlərdə erməniləşmə prosesinin baş verməsidir.Eyni zamanda Qarabağın işğal etdikləri ərazilərin adının erməni adları ilə əvəz olunmuş memarlıq abidələrimizdə erməni dili ilə sözlər yazılıb. Bu, birbaşa Azərbaycan mədəniyyətinə təhqirdir.Qeyd edək ki, ermənilərə ən böyük dəstək Rusiyadan gəlmişdir.Buna bir neçə nümunə gətirə bilərik.Məsələn, ASALA-nın yaranmasında o zaman Rusiya (Sovet İttifaqı) dövlətinin böyük rolu olub.Burada məqsəd ondan ibarət olmuşdur ki, terroru dəstəkləyən dövlət terrorun fəaliyyətini öz maraq və mənafelərinə xidmət etdirsin. ASALA -  “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” adlanan təşkilatdır və onun əsas məqsədi Şərqi Türkiyə,  Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olmuşdur.

Məhz ABŞ-ın da maraqları türk-islam birliyinə zərbə vurmağa istiqamətlənmişdir. Ermənilər azərbaycanlılara qarşı terror aktı törədəndə ABŞ reaksiya vermədi. Əksinə, terroru dəstəklədi. Rusiya isə həm dəstək verdi, həm də vətəndaşlarından bəziləri terror aksiyalarında iştirak etdi və bəyan etdi ki, dövlət bundan xəbərsizdir. ABŞ bir tərəfdən terrorçulara maddi yardım (məsələn, Ermənistana və Dağlıq Qarabağa) göstərir, digər tərəfdən antiterror əməliyyatları aparır. Bu ikili standartlı siyasətdir. Belə ki, ABŞ xristian zəmində terrorçu dövlətə yardım edir, təcavüzə məruz qalmış ölkəyə isə yardım etmək əvəzinə onu sıxışdırır. Qərb dövlətləri dini zəmində ikili standartlı siyasətdən əl çəkmir. Məsələn, ABŞ-ın Azərbaycan siyasəti barədə yeritdiyi xətt təhlil və tənqid edildikdə, deyirlər ki, erməni diasporu ABŞ-da güclüdür. Məgər buna inanmaq olarmı? ABŞ-da yaşayan 800 min erməni 300 milyon əhalisi olan bir dövlətin siyasətinə bu qədər ciddi təsir göstərir? Əgər təsir göstərirsə, bəs ABŞ Konstitusiyası hara baxır? ABŞ Konstitusiyasına görə, prezident Senatın və Konqresin qeyri-humanist qərarına veto qoyub, onu xalqın müzakirəsinə verə bilər. Digər bir sübut, Fransa parlamenti qondarma «erməni soyqırımı»nı tanıyarkən tələm-tələsik parlamentin qəbul etdiyi qərarı təsdiqləyirdi. Onun xalq içərisində müzakirəsini keçirmədi.Fransa deputatları saxta iddianı tanıdılar və s. Bununla yanaşı, Qərb dövlətlərinin təşəbbüsü ilə yaradılmış bir çox beynəlxalq humanist təşkilatlar ATƏT, AŞ, AŞPA, Helsinki İnsan hüquqları təşkilatları və bunlara bənzər digər təşkilatlar, o cümlədən BMT Qərbin marağına xidmət edir. Bu təşkilatların qərarları o zaman yerinə yetirilir ki, bu qərarlar Qərb dövlətlərinin maraqlarına uyğun olsun. Bu mülahizə onunla sübut olunur ki, BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünü 4 dəfə müzakirə edib qərar çıxarsa da, həmin qərarlar bu günədək kağız üzərində qalıb. Bəs nə üçün BMT-nin TŞ İraq və Yuqoslaviya hadisələri ilə bağlı qəbul etdiyi qərarları dərhal icra etdi? İndi isə 27 sentyabrdan başlayan müharibəni atəşkəslə bitirmək və danışıqlar aparmaq istəyindədirlər.Bəs 30 il müddətində harada idilər? Bizim ordumuz başqasının torpağını yox, öz torpağını tələb edir və bu, Azərbaycan xalqının əlbəttə ki, haqqıdır.Ermənilər mülki əhalini atəşə tutmaqla bir daha öz təcavüzkar siyasətini göstərir. Bu, birbaşa insanlığa qarşı törədilmiş cinayətdir.Nəyə görə bir sıra dünya ölkələri bu ədalətsizliyə və insanlıq əleyhinə törədilmiş terror aktına susur? İndi isə Azərbaycandan atəşkəs elan olunmağını arzu edirlər.Lakin başa düşmürlər ki, ermənilər bizim torpaqlarımızı tərk etməyincə heç bir halda atəşkəsdən və danışıqlardan söhbət gedə bilməz.Qarabağa ölüm və fəlakət gətirən erməni-daşnak faşistlərinin kimliyi hər kəsə məlumdur, lakin nədənsə super güclər həqiqəti əks etdirən faktlar qarşısında lallıq nümayiş etdirir, əsl mətləbdən söz açmaqdan yan keçirlər.

Mən əslən Qarabağlıyam və mənim ailəm 27 ildir ki, doğma yurdlarının həsrətindədir.Biz inanırıq ki, bu həsrət tez bir zamanda bitəcək və hər bir qarabağlı öz yurduna geri dönəcək. Son olaraq demək istəyirəm ki, bu gün Qarabağı geri qaytarmaq Azərbaycanın ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. Qarabağ Azərbaycandır!

Allah  şəhidlərimizə və düşmən mərmisi nəticəsində dünyasını dəyişən sakinlərə rəhmət eləsin!


Zeynalova Göyçək

Azərbaycan Respublikasının Prezidenti yanında                                               
Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi

                                                                          


30 Noyabr 2020 Azərbaycan polisləri Kəlbəcərdədir
30 Noyabr 2020 FHN -in Laçında yerləşəcək inzibati binasının lövhəsi hazırdır
30 Noyabr 2020 ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib
30 Noyabr 2020 Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”
30 Noyabr 2020 Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı"
30 Noyabr 2020 İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ
30 Noyabr 2020 Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30 Noyabr 2020 ANAMA vətəndaşlara müraciət etdi
30 Noyabr 2020 Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deport olunub
30 Noyabr 2020 Yol qəzasında Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb
30 Noyabr 2020 Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb
30 Noyabr 2020 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO
29 Noyabr 2020 Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - RƏSMİ AÇIQLAMA + VİDEO
28 Noyabr 2020 Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb
28 Noyabr 2020 Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər
28 Noyabr 2020 Füzulidə avtomobil minaya düşüb
28 Noyabr 2020 İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28 Noyabr 2020 Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTO
28 Noyabr 2020 Hikmət Hacıyev: “Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü"
28 Noyabr 2020 İstisu qəsəbəsindən yeni görünütlər - VİDEO