b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_yunanistan-trkiye-sava-1.jpg

Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dəniz bölgəsində yaşanan gərginlik pik həddə çatıb.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanistan Türkiyəyə qarşı müxtəlif hərbi həmlələr edir və sürətlə silahlanır.

Məlumata görə, rəsmi Afina Rusiya S-300 havadan müdafiə sistemləri ilə bağlı razılığa gəlib. Razılaşmaya əsasən, hazırda Yunanıstanın istifadəsində olan Rusiya istehsalı S-300 sistemləri PMU-1-dən PMU-2-yə yüksəldiləcək. Yəni hazırda Yunanıstanın istifadə etdiyi S-300 sistemlərinin mənzili 150 kmdır. Amma Rusiya ilə razılaşmaya əsasən sistemlərin vuruş mənzili artırılacaq və 200 km olacaq.  S-300 havadan müdaifə sistemləri yeniləndikdən sonra hazırda Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinin gücünə yaxınlaşacaq.

Yenilənmiş sistemlərin Yunanıstanın Krit adasına yerləşdiriləcəyi və bölgəni nəzarətdə saxlamaq üçün istifadə olunacağı qeyd edilib.


b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dDM3w_1600138421_0924.jpg

Yunanıstanın “DefenceNet” saytının xəbərinə görə, artıq danışıqlara başlanılıb. Rəsmi Afinanın Rusiya ilə S-300 razılaşmasına ABŞ-ın sərt reaksiya verəcəyi ilə bağlı iddialar var. Çünki Yunanıstanın bu razılaşması ABŞ-ın “Düşmənləri ilə Sanksiyalar Vasitəsilə Mübarizə” qanununa ziddir. ABŞ-ın bu razılaşmaya etiraz edəcəyi gözlənilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fhqWP_1600138533_2779.jpeg

Qeyd edək ki, Şərqi Aralıq dəniz regionunda vəziyyət gərgin olaraq qalır.


Elvin
Missiya.Az



22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO
22 Sentyabr 2020 Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
22 Sentyabr 2020 Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ - VİDEO
22 Sentyabr 2020 Dövlət vətəndaşların avtomobillərini yığacaq? - YENİ XƏBƏR
22 Sentyabr 2020 MN cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Sentyabr 2020 Nazirlikdən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq - RƏSMİ
21 Sentyabr 2020 Nazirlik cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma
16 Sentyabr 2020 Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
16 Sentyabr 2020 Bakıda yoluxma ən çox bu rayondadır
15 Sentyabr 2020 Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb