b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_rthdrsth.jpg

2020-ci ilin iyulun 13-də bir qrup vətənpərvər gənc tərəfindən “Karabakh Is Azerbaijan” platforması yaradılıb.

Missiya.Az xəbər verir ki, platforma qısa müddətdə “Facebook” üzrə 19.000, ”Telegram” üzrə 2000, “Whatsapp” üzrə 7000-dən çox üzvü ilə sosial şəbəkələrdə geniş auditoriyaya çataraq, Türkiyə, İsrail kimi ölkələrdə müxtəlif platformalar ilə əməkdaşlıq etməyə başlayıb.

Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir.

Platforma yarandığı gündən etibarən bir sıra layihə və eventlər təşkil edib. Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyi ilk event 14 günlük marafon seriyası oldu. Marafon müddətində ABŞ, İngiltərə, Almaniya, Türkiyə, İsrail və s. ölkələrin “Twitter” platformasında tarix, beynəlxalq münasibətlər, araşdırma və s. qruplarının hazırladığı postlar qeyd edilən ölkələrin və dünya trendinin ilk sıralarında yer alıb. Marafon müddətində “Türk Dünyası Birlik platforması” , “Likud Gənclər qolu” və s. platformalar ilə birlikdə 100.000-dən çox gəncin iştirakı ilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice, #StopLyingArmenia, #KnowTheTruthForAzerbaijan, #AzerbaijanNotEnemy, #AzerbaijanisAreNotTarget, #StopArmenianProvocation, #ReturnAzerbaijaniLands, #KIAZteam həşteqlərindən istifadə edilərək ümumilikdə bir milyon tvit atılıb, onların nəticəsi olaraq tvitlər 30 milyon insana çatıb.

Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqressiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil hesab edilən ingilis dilində videolar hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək.

Rəsmi sayt (http://www.karabakhisazerbaijan.com/) artıq fəaliyyətə başlayıb, saytda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, fəal gənclərin layihələri, təşəbbüskarlar haqqında məlumatlar və Qarabağ gerçəkləri üçün xüsusi hazırlanan videolar yer alıb. Həmçinin yaxın zamanda sayt digər dillərə də tərcümə olunaraq istifadəyə veriləcək.

Hazırda “Niyyətimiz Qarabağ”, “Qarabağ Xatirələri”, “İnformasiya Müharibəsi necə aparılır” və s. layihələr həyata keçirilməkdədir.

Layihədə idarə heyəti -- Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq Vətəni üçün bu informasiya müharibəsində canla-başla iştirak edir.

 



23 Sentyabr 2020 Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı açıqlama
23 Sentyabr 2020 Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi
22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO
22 Sentyabr 2020 Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
22 Sentyabr 2020 Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ - VİDEO
22 Sentyabr 2020 Dövlət vətəndaşların avtomobillərini yığacaq? - YENİ XƏBƏR
22 Sentyabr 2020 MN cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Sentyabr 2020 Nazirlikdən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq - RƏSMİ
21 Sentyabr 2020 Nazirlik cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma
16 Sentyabr 2020 Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi