b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_c12a9fe5-fe3c-3134-9003-daa39c005352_850.jpg

"Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır".

Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir", - nazirliyin açıqlamasında qeyd olunub.



19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma
16 Sentyabr 2020 Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
16 Sentyabr 2020 Bakıda yoluxma ən çox bu rayondadır
15 Sentyabr 2020 Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
15 Sentyabr 2020 Rusiya Türkiyəyə qarşı hərəkətə keçdi - Yunanıstanla qalmaqallı razılaşma - FOTO
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək
14 Sentyabr 2020 ÜST koronavirusla bağlı xəbərdarlıq etdi: "Ölüm halları artacaq"
14 Sentyabr 2020 Vitse-spiker Ramiz Mehdiyevə cinayətkar dedi
14 Sentyabr 2020 Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflərə rəsmi münasibət
14 Sentyabr 2020 BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı
14 Sentyabr 2020 Yeni tədris ilinin ilk dərsləri müəyyənləşdi
11 Sentyabr 2020 Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO
11 Sentyabr 2020 Sentyabrın 15-də “Bilik günü” keçiriləcək? - Nazirlikdən AÇIQLAMA