b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_yuvaaa.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Missiya.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

Məcəllərə aşağıdakı məzmunda 28.3-1-ci maddə əlavə edilir:

“28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.”.

154.3-cü maddə aşağıdakı redaksiyada verilir:

“154.3. İcra məmuru:

154.3.1. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir;

154.3.2. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir;

154.3.3. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;

154.3.4. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir;

154.3.5. ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.”.

Məcəlləyə, həmçinin aşağıdakı məzmunda 156-1-ci maddə əlavə edilir:

“Maddə 156-1. İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri

156-1.1. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

156-1.2. Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

156-1.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

156-1.4. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsi təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

156-1.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.”.

Eyni zamanda, 529-cu maddənin “Qeyd” hissəsinə aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilir:

“2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək;”.


01 Oktyabr 2020 Düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri - YENİ VİDEO
30 Sentyabr 2020 Düşmənə məxsus səkkiz “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edilib - VİDEO
30 Sentyabr 2020 Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi
30 Sentyabr 2020 Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var
29 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədən görüntülər yaydı - VİDEO
29 Sentyabr 2020 İlham Əliyev: Bu dəfə biz onlara növbəti dərs verəcəyik
28 Sentyabr 2020 SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıldı
28 Sentyabr 2020 “Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - RƏSMİ
27 Sentyabr 2020 Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi
27 Sentyabr 2020 BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27 Sentyabr 2020 İDDİA: Putin Paşinyanın tələbini rədd etdi
27 Sentyabr 2020 Azərbaycan PUA-sı Ermənistana məxsus S-300 sistemini məhv edib
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 Ordumuz bu əraziləri düşməndən azad etdi - SON DƏQİQƏ
27 Sentyabr 2020 Yaralıların sayı və adları AÇIQLANDI - RƏSMİ
25 Sentyabr 2020 Azərbaycanda daha 101 yeni yoluxma faktı qeydə alınıb
25 Sentyabr 2020 Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib
25 Sentyabr 2020 İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”
25 Sentyabr 2020 Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib
24 Sentyabr 2020 Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ