b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ddfdfdwsewewrewre.JPG

Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğa ehtimalını olduqca yüksək qiymətləndirirlər. Hətta bir çox ölkələr qabaqlayıcı tədbirlər görməyə başlayıb. Azərbaycanda isə pandemiya ilə bağlı müsbət dinamika davam etməkdədir. Bu dinamikanın qorunub saxlanılması özümüzdən asılıdır. Qoyulan tələblərə ciddi riayət etmək lazımdır.

"İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qış aylarında indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək".

London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları həyəcan təbili çalırlar. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri də təhlükənin ciddi vüsət alacağını bildirir. Almaniyada da oxşar vəziyyət müşahidə edilir. Ölkənin Həkimlər Birliyi pandemiyanın ikinci dalğasının başladığını elan edib və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq təhlükəyə yol açır.

Türkiyədə 2-ci dalğa səbəbindən karantin tədbirləri yenidən tətbiq edilib. Bu gündən etibarən 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir. Fransa hökuməti də yaxın aylarda ölkənin COVID-19-un ikinci dalğası ilə qarşılaşacağını bəyan edib. Avropanın daha bir ölkəsi Estoniya da koronavirusun 2-ci dalğasının başladığını rəsmən açıqlayıb.

Rusiya da 2-ci dalğa səbəbindən məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib. Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Azərbaycanda isə tətbiq olunan məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Mütəxəssislər deyir ki, ölkəmizdə pandemiya ilə bağlı stabilləşmə müşahidə edilsə də ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər.

İkinci dalğa təhlükəsi hər bir ölkədə realdır. Üstəlik, virus mutasiya edərək daha kəskin forma alıb. Belə bir şəraitdə əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunan nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır.



24 Sentyabr 2020 Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA
23 Sentyabr 2020 Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı açıqlama
23 Sentyabr 2020 Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi
22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO
22 Sentyabr 2020 Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
22 Sentyabr 2020 Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ - VİDEO
22 Sentyabr 2020 Dövlət vətəndaşların avtomobillərini yığacaq? - YENİ XƏBƏR
22 Sentyabr 2020 MN cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Sentyabr 2020 Nazirlikdən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq - RƏSMİ
21 Sentyabr 2020 Nazirlik cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma