b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xgdcgbfhfhghgf.jpg Aprel-may aylarında tətbiq olunan sərt karantin rejimi yumşaldıldıqdan sonra Azərbaycanda koronavirusla mübarizə çərçivəsində mənfi tendensiya müşahidə olunmağa başladı. Qeyd edilən aylarda 40-50 yoluxma qeydə alınırdısa, yumşaldılma tətbiq olunduqdan sonra yoluxma sayı, 300-500 nəfər arasında dəyişərək arzulanmaz səviyyəyə yüksəldi. 

Yoluxma sayının kəskin şəkildə artmasına isə bəzi vətəndaşların məsluliyyətsiz davranışları, sosial məsafə gözləməməsi, maska taxmamaması səbəb oldu. Lakin dövlət yenə də vəziyyəti nəzarət altında saxlayır və preventiv tədbirlər nəticəsində yoluxmanın səviyyəsinin daha da artmasının qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. 

Amma vəziyyət qənayətbəxş deyil, yoluxma sayı aprel-may aylarına nisbətən daha yüksəkdir. Odur ki, sərt karantin rejiminin yumşaldılması ölkəmizdə pandemiyanın nəzarətdən çıxmasına səbəb ola bilər. 

Aydın məsələdir ki, yumşaldılma tətbiq edilən kimi yolxuma sayının artması təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olundu. Bu səbəbdən hazırda onlarla ölkə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib. Bütün dünyada vahid təcrübə mövcuddur və koronavirus bütün ölkələrdə eyni yollarla yayılır. 

Bəs, koronavirusdan tez yaxa qurtarmaq üçün nə etməliyik? Həqiqətən də sərt karantin rejiminin qaydalarına tam şəkildə əməl olunmasa, pandemiyadan yaxa qurtara bilməyəcəyik. 

Hər kəs aprel-may aylarında ümid edirdi ki, yay fəslində karantin ləğv olunacaq, əhali əvvəlki həyat tərzində qayıdacaq. Amma ümid etdiyimiz kimi olmadı, hətta yoluxma sayı anti-rekord vurdu. Əhali anlamalıdır ki, bu 3 sadə məhdudiyyətə qeyd-şərtsiz əməl olunmalıdır:

1. məsafə; 

2. maska;

3. sanitar qaydalara riayət etmək.


view_AZIZ0607.jpg

Cəmiyyət qaydalara əməl etməsə, virusa qarşı mübarizədə dövlətin atdığı qaydaları pozmağa cəhd etsə, biz hələ illərlə belə məhdudiyyətlərlə yaşamalı olacağıq. Təcrübə göstərir ki, yalnız dövlətin tətbiq etdiyi mübarizə metdodları, gördüyü tədbirlər kifayət deyil, ən əsası vətəndaş öz məsuliyyətini dərk etməlidir. 

Aydın məsələdir ki, vətəndaşların davranışlarına, qaydalara əməl edib-etməməsinə hüquq-mühafizə orqanları tam şəkildə nəzarət edə bilməz. Vətəndaş ilk növbədə özünün sağlamlığını düşünməlidir.

Müvafiq qurumlar sərt karantin tətbiq olunan şəhər və rayonlardan digərlərinə keçidi məhdudlaşdırdığı halda, bəzi vətəndaşlar müxtəlif yollarla istəklərinə nail olmağa çalışırlar. Həmçinin yay ayları olduğu üçün sərt karantin rejimini heçə sayıb, istirahət bölgələrinə səfər edənlər də az deyil. Bir qrup vətəndaş isə bölgələrdə gizli şəkildə nişan, toy, yas, ad günü mərasimləri təşkil etməyə çalışırlar. Vətəndaş bilməlidir ki, ölkə ərazisində təşkil edilən bütün mərasimlər karantin rejimin tələblərinin pozulmasıdır və qanunla qadağandır.

Belə məsuliyyətsiz davranışlara yol verənlər koronavirusun ölkə ərazisinə yayılmasına səbəbkardırlar. Bölgələrlə Bakı arasında gediş-gəlişin açılması virusun bütün ölkə ərazisinə yayılmasna səbəb ola bilər. Bu səbəbdən də mütəxəssislər gediş-gəlişin bərpa olunmasını hələlik doğrum addım hesab etmirlər.

Artıq payız aylarında yeni növ koronavirus infeksiyasına yoluxma hallarının kəskin artacağı və ikinci dalğanın baş verəcəyi ilə bağlı fikirlər səsləndirilir. Əlbəttə ki, xalq olaraq indi tətbiq olunan qaydalara əməl etsək, yoluxma halları azalacaq, nəhayət, “COVİD-19” Azərbaycanda yox olacaq. İndi yoluxmanın nəzarətdə saxlanılması payız aylarında faciəvi ssenarilərin qarşısının alınmasına xidmət edir. Hər bir vətəndaş anlamalıdır ki, dövlət aylardır milyardlarla manat iqtisadi ziyanla üzləşir. Bunu nə üçün edir? Vətəndaşının sağlamlığı üçün... Vətəndaş da dövlətə dəstək olmalıdır ki, öldürücü virusla mübarizə effektiv nəticələr versin.

Missiya.Az


15 Avqust 2020 Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi
15 Avqust 2020 Operativ Qərargahın brifinqi - CANLI
14 Avqust 2020 Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: “Rəngli filmlər görürdüm”
14 Avqust 2020 Şahin Mustafayev Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
14 Avqust 2020 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14 Avqust 2020 Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb
14 Avqust 2020 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
14 Avqust 2020 Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
13 Avqust 2020 XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO
13 Avqust 2020 Nazir şagirdlərlə onlayn görüşdü
13 Avqust 2020 Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
13 Avqust 2020 Yeyib-içmək məclisi təşkil etmək baha başa gəldi
13 Avqust 2020 Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
13 Avqust 2020 Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakıdadır - FOTO
12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO