b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_oopi.jpg

Son bir neçə gün ərzində sosial şəbəkələrdə “SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib.

Missiya.az xəbər verir ki, “Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar hər iki koddan istifadə edə bilər:

“Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər. Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, “Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”.Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

“Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev növbəti açıqlamasında bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:

"Biz bu barədə vətəndaşlara dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və gündə bir dəfə istifadə etmək olar".



13 İyul 2020 Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13 İyul 2020 Azərbaycanda koronavirusdan sağalanlar yoluxanları ötdü
13 İyul 2020 Cəbhədə vəziyyət yenidən gərginləşdi
13 İyul 2020 Gənclər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
13 İyul 2020 Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
13 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
12 İyul 2020 Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var
12 İyul 2020 Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
10 İyul 2020 TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB
10 İyul 2020 XİN-in Konsulluq İdarəsinin rəisi saxlanıldı
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO