fgfhhghghg.JPG

''Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır''.

Missiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb.

Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər.

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır. Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.

Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.



15 İyul 2020 General-mayor Polad Həşimov dəfn olundu
14 İyul 2020 Düşmənin daha bir hərbi obyekti darmadağın edildi - VİDEO
14 İyul 2020 Ermənistanın artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edildi - VİDEO
14 İyul 2020 Ermənistan daha iki zabitinin öldüyünü təsdiqlədi
14 İyul 2020 Hulusi Akar: "Azərbaycana var gücümüzlə dəstək olmağa davam edəcəyik”
14 İyul 2020 "Düşmənə məxsus PUA vuruldu, artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi" - RƏSMİ
14 İyul 2020 Daha 5 hərbçimiz şəhid oldu - ADLAR
14 İyul 2020 Cəbhə bölgəsindən canlı bağlantı - SON DURUM
14 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
13 İyul 2020 Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13 İyul 2020 Azərbaycanda koronavirusdan sağalanlar yoluxanları ötdü
13 İyul 2020 Cəbhədə vəziyyət yenidən gərginləşdi
13 İyul 2020 Gənclər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
13 İyul 2020 Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
13 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
12 İyul 2020 Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var
12 İyul 2020 Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
10 İyul 2020 TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB