b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_sfdsfdgd.jpg

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Missiya.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

“Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur.

Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.



07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
07 İyul 2020 Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
06 İyul 2020 Avropada koronavirusun yeni dalğası başlayıb
06 İyul 2020 Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06 İyul 2020 Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi
06 İyul 2020 Kafe və restoranlarda müştərilərin sıxlığı belə olacaq - Yeni qərar
06 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı - RƏSMİ
06 İyul 2020 DTX-nin həbs etdiyi vəzifəli şəxs Safura Əlizadənin atasıdır - FOTO
06 İyul 2020 DTX-nin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatın VİDEOSU
06 İyul 2020 Məhkəmə "Fairmont Baku" hotelində jurnalistləri təhqir edən şəxs barədə QƏRAR VERDİ
06 İyul 2020 Şıxovdakı istirahət mərkəzində də əməliyyat keçirildi - FOTO
06 İyul 2020 Bakıda marketlərdə polis postları yaradıldı
06 İyul 2020 Hoteldə karantini pozan aparıcı Mələk Heydərova işdən çıxarıldı
06 İyul 2020 Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu - VİDEO
06 İyul 2020 Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
04 İyul 2020 Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA