b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1585203525_file-20200122-117917.jpg

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti” Çin mətbuatına istinadla xəbər yayıb.

Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində "Hunan” bazarında canlı xərçəng satıcısı işləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin "Sehe” xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, "Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.

Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün "Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər. 

Çin KİV, eyni zamanda, "Hunan”la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.



14 İyul 2020 "Düşmənə məxsus PUA vuruldu, artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi" - RƏSMİ
14 İyul 2020 Daha 5 hərbçimiz şəhid oldu - ADLAR
14 İyul 2020 Cəbhə bölgəsindən canlı bağlantı - SON DURUM
14 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
13 İyul 2020 Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13 İyul 2020 Azərbaycanda koronavirusdan sağalanlar yoluxanları ötdü
13 İyul 2020 Cəbhədə vəziyyət yenidən gərginləşdi
13 İyul 2020 Gənclər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
13 İyul 2020 Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
13 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
12 İyul 2020 Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var
12 İyul 2020 Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
10 İyul 2020 TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB
10 İyul 2020 XİN-in Konsulluq İdarəsinin rəisi saxlanıldı
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü