b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_def9c26b-c9b8-461c-8292-da01a9eac9e5.jpg

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində baş verən hadisələrə müdaxiləsini əks etdirən videogörüntülərinə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a qeyd edib ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib:

"Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb etmişlər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərmişdir. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.

Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür". 



28 Yanvar 2021 Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyəti müzakirə edəcək
27 Yanvar 2021 Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq"
27 Yanvar 2021 Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
27 Yanvar 2021 İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
27 Yanvar 2021 Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə edib
27 Yanvar 2021 Prezident QHT-lərlə bağlı fərman imzaladı
27 Yanvar 2021 XİN: Holokost dövrümüzün ən dəhşətli cinayətlərindən biridir
27 Yanvar 2021 XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı
27 Yanvar 2021 Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”
27 Yanvar 2021 Prezidentin köməkçisi: "Azərbaycan və Türkiyə əməkdaşlığı heç kimə qarşı yönəlməyib"
27 Yanvar 2021 Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"
27 Yanvar 2021 Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsindən ilk açıqlama
27 Yanvar 2021 “Necə demək olar ki, Şuşa bizə bağışlanılıb?”
27 Yanvar 2021 Ali Baş Komandan: "Nəyi demişəmsə, onu da etmişəm"
27 Yanvar 2021 Məktəblərdə qış tətili başlayıb
27 Yanvar 2021 Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb
27 Yanvar 2021 Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək
27 Yanvar 2021 Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı
26 Yanvar 2021 AŞ NK sədri: "Qarabağdakı əməliyyatlarda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur"
26 Yanvar 2021 “Azəriqaz”ın baş direktorundan işğaldan azad edilən ərazilərin qazlaşdırılması ilə bağlı AÇIQLAMA