b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Prokurorluq_Yeni_Bina0.jpg
Azərbaycan Respublikasının Baş Prokurorluğu Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovla bağlı yayılan məlumatları təkzib edib.

Missiya.Az
-a verilən xəbərə görə, Baş Prokurorluq İ.Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiə etdiyi şəxsə işgəncə verilməsinin həqiqətə uyğun olmadığını bildirib.

Açıqlamanı təqdim edirik:

"Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir.

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmayıb.

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsləndirilməsi yol verilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.


25 Yanvar 2021 Moskvada mitinqdə iştirak edən 30 nəfər həbs edildi
25 Yanvar 2021 Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb - VİDEO
25 Yanvar 2021 “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
25 Yanvar 2021 Xırdalanda partlayış olub
25 Yanvar 2021 Putin 12 il sonra Davosda çıxış edəcək
25 Yanvar 2021 Nazirlik İctimai Şuraya namizədlərin irəli sürülməsi vaxtını elan edib
25 Yanvar 2021 Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 2021 Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
25 Yanvar 2021 Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 2021 Türkiyəli deputat : “Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər”
25 Yanvar 2021 Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb
25 Yanvar 2021 FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi - Video
25 Yanvar 2021 Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi
25 Yanvar 2021 Zərif : "Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır"
25 Yanvar 2021 Ceyhun Bayramov : “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”
25 Yanvar 2021 Putin Rusiyada keçirilən mitinqlərə münasibət bildirib
25 Yanvar 2021 Prokurorluqda 8 nəfər vəzifədən azad olunub
25 Yanvar 2021 Rusiyalı ekspert: "İlham Əliyev görkəmli siyasi xadim olduğunu sübut etdi"
25 Yanvar 2021 Azərbaycan və İran XİN başçılarının görüşü olub YENİLƏNİB
25 Yanvar 2021 Füzulinin Kürdlər kəndindən görüntülər