b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579521604_9b3429a0d676e76ba99464aac06755b8.jpg

Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərimizin əziz xatirəsini “Bakı Metropoliteni” QSC kollektivi daim dərin hüzn və ehtiramla yad edir.

Missiya.Az xəbər verir ki, qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib.

Təsdiq edilmiş tədbirlər planına əsasən, Bakı metropoliteni, xüsusən də "28 May", "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş iş rejimi şəraitinə uyğun olaraq, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

Ümumxalq Hüzn Günü ilə əlaqədar səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda elanları maşinistlər səsləndirirlər.

1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən “20 Yanvar” stansiyasının plaftormasının sütunlarında xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub.

Platformanın hər iki tərəfdən giriş hissəsində metropolitenin güllərdən hazırlanmış loqotipi və hüzn gününün ildönümünü əks etdirən “30” rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub.

Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olan, stansiya platformasında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.

Saat 12:00-da ölkə ərazisinin, bütün nəqliyyat vasitələrində olduğu kimi, metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib.

“Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti, kollektivin nümayəndələri, sərnişinlər, eləcə də bu hüzn anını bu stansiyada qarşılamaq üçün gələnlərlə birlikdə fit səsinin müşayiət etdiyi sükut dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında qeyd ediblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579521589_17b047b27c25789934b86783fe0e2084.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579521641_1504c4b6825d1f2b2a9c256ffa8e6b51.jpg



18 Yanvar 2021 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI
18 Yanvar 2021 Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
18 Yanvar 2021 Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib
18 Yanvar 2021 QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 2021 Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”
18 Yanvar 2021 Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır
18 Yanvar 2021 Elçin Alıoğlu yeni vəzifəyə təyin olundu
18 Yanvar 2021 İlham Əliyev: "Bu gün fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur"
18 Yanvar 2021 Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır"
18 Yanvar 2021 Prezident: "Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb"
18 Yanvar 2021 Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb
18 Yanvar 2021 Bakı metrosunun "8 noyabr" və digər 2 stansiyasına yeni rəis təyin olunub
18 Yanvar 2021 “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
18 Yanvar 2021 Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb
17 Yanvar 2021 Qara dənizdə batan gəmidə həlak olanların sayı artır - YENİLƏNİB + VİDEO
17 Yanvar 2021 Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb
16 Yanvar 2021 Hirkanda baş vermiş yanğın lokallaşdırılıb
16 Yanvar 2021 Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
16 Yanvar 2021 Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 2021 Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb