b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_b45ba-1573717362.jpg

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub".

Missiya.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə açıqlamasında bildirilib.

Açıqlamada deyilir ki, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir:

"Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələ müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".



09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09 İyul 2020 Daha 6 rayon və 3 şəhər üzrə 190 manat VERİLƏCƏK
08 İyul 2020 Azərbaycanda iki ildir axtarışda olan şəxslər ələ keçdilər - FOTO
08 İyul 2020 Yasamalın icra başçısı növbəti reyd keçirdi - FOTOLAR
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
07 İyul 2020 Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
06 İyul 2020 Avropada koronavirusun yeni dalğası başlayıb
06 İyul 2020 Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06 İyul 2020 Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi
06 İyul 2020 Kafe və restoranlarda müştərilərin sıxlığı belə olacaq - Yeni qərar
06 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı - RƏSMİ