b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573201059_piyada.jpg
"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu bizi ciddi narahat edir". 

Missiya.Az xəbər verir ki, bunu "apa"ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir: "Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".
 
Vaqif Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar: "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur: "Ən çox piyadalavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

Vaqif Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar: "Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".
24 Yanvar 2020 Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24 Yanvar 2020 İlkin Süleymanova işgəncə verilib? - RƏSMİ AÇIQLAMA
23 Yanvar 2020 Nərminin əmisi İlkin Süleymanovun atasına CAVAB VERDİ
23 Yanvar 2020 Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO
23 Yanvar 2020 Eldar Əzizov rəhbər şəxsləri toplayıb xəbərdarlıq etdi
23 Yanvar 2020 Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO
22 Yanvar 2020 Yeni sistemə 85 minə yaxın vakansiya daxil edilib — İş axtaranlara ŞAD XƏBƏR
20 Yanvar 2020 20 Yanvar faciəsi metropolitendə yad edilib - FOTO
20 Yanvar 2020 Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
17 Yanvar 2020 Bakıda maşından polislərə atəş açıldı
17 Yanvar 2020 Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü
16 Yanvar 2020 Daha bir şəhərdə “ASAN xidmət” tikiləcək - Prezident Sərəncam imzaladı
16 Yanvar 2020 AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarladı - FOTO
16 Yanvar 2020 Səhiyyə Nazirliyindən yeni virusla bağlı XƏBƏRDARLIQ
16 Yanvar 2020 Prezidentin kreditlərlə bağlı xəbərdarlığından sonra yeni təkliflər hazırlandı - VİDEO
15 Yanvar 2020 Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
15 Yanvar 2020 Mədət Quliyev onu vəzifədən azad etdi
15 Yanvar 2020 Nizaməddin Quliyevin oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda fermer elektrik lampasından görün nə etdi - VİDEO
14 Yanvar 2020 Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI