b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571722424_72817398_418061682241281_6659056568622907392_n.jpg
Tanınmış teleaparıcı, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli döyülüb.

Missiya.Az xəbər verir ki, Əlibəyli b barədə sosial şəbəkədə məlumat yayıb. O, baş verənlərlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb:

"Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik, cənab Vilayət Eyvazova

Cənab nazir!
 
19 oktyabr 2019-cu il tarixində mən qonşum tərəfindən fiziki zərbələrə məruz qalmışam. Dərhal, bu barədə 102 xidmətinə məlumat vermişəm və gec də olsa polislər gəlib məndən izahat alıblar. Bu barədə mən feysbuk hesabımda açıqlama da vermişdim. Daha sonra, polislər ölkənin ictimai həyatında gərginlik olduğu üçün, statusu silməyi tövsiyə etdilər. Mən də buna əməl etdim. Zərbələr nəticəsində ağır bədən xəsarəti almışam və beş il öncə əməliyyat olduğum yırtıq zədələnib, izləri də var. Lakin, polis işə olduqca soyuqqanlı yanaşmış, mənə hələ də tibbi ekspertizaya göndəriş sənədi verməmişdir. Yalnız bu gün axşam saatlarında Polis bölməsindən zəng olunaraq barışıq təklifi olunmuşdur. Məlumat üçün deyim ki, hadisəni törədən şəxsin qardaşı DİN-də çalışır və nüfuzu hesabına bu məsələni ört-basdır etmək istəyir. Demək olar ki, nail də olub. 25 il mətbuatda çalışan, az da olsa tanınan şəxsə qarşı bunu edirlərsə, görün səsi eşidilməyən vətəndaşlar nə çəkir?

Cənab nazir! Məsələ ilə bağlı ölçü götürməyinizi xahiş edirəm!"

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571725227_60.png

20 Yanvar 2020 20 Yanvar faciəsi metropolitendə yad edilib - FOTO
20 Yanvar 2020 Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
17 Yanvar 2020 Bakıda maşından polislərə atəş açıldı
17 Yanvar 2020 Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü
16 Yanvar 2020 Daha bir şəhərdə “ASAN xidmət” tikiləcək - Prezident Sərəncam imzaladı
16 Yanvar 2020 AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarladı - FOTO
16 Yanvar 2020 Səhiyyə Nazirliyindən yeni virusla bağlı XƏBƏRDARLIQ
16 Yanvar 2020 Prezidentin kreditlərlə bağlı xəbərdarlığından sonra yeni təkliflər hazırlandı - VİDEO
15 Yanvar 2020 Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
15 Yanvar 2020 Mədət Quliyev onu vəzifədən azad etdi
15 Yanvar 2020 Nizaməddin Quliyevin oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda fermer elektrik lampasından görün nə etdi - VİDEO
14 Yanvar 2020 Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI
14 Yanvar 2020 Dövlət Agentliyindən "TikTok"la bağlı əhaliyə vacib xəbərdarlıq - DİQQƏTLİ OLUN!
14 Yanvar 2020 İlham Əliyev: Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır
13 Yanvar 2020 Səfirlikdən hindistanlıların Şəhidlər Xiyabanında klip çəkdirməsinə MÜNASİBƏT
13 Yanvar 2020 Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı
10 Yanvar 2020 Sabahın havası: Duman, yağış, külək
10 Yanvar 2020 Bakıda faciə - yanğın zamanı üç tələbə qız öldü - VİDEO
09 Yanvar 2020 Xanhüseyn Kazımlı öz yerinə qızını deputat seçdirmək istəyir