1571474736_azerbaycan_resp_ms.jpg
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
 
Missiya.Az xəbər verir ki, müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun "28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib. Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.
 
Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcəkdir. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050 206 96 02; 055 288 95 53. 
 
Azərbaycan Mətbuat Şurası eyni zamanda mitinqi işıqlandıracaq jurnalistlərə üzərində "Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir. 
 
Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaqdır. 
 
Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində "Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır.
24 Yanvar 2020 Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24 Yanvar 2020 İlkin Süleymanova işgəncə verilib? - RƏSMİ AÇIQLAMA
23 Yanvar 2020 Nərminin əmisi İlkin Süleymanovun atasına CAVAB VERDİ
23 Yanvar 2020 Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO
23 Yanvar 2020 Eldar Əzizov rəhbər şəxsləri toplayıb xəbərdarlıq etdi
23 Yanvar 2020 Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO
22 Yanvar 2020 Yeni sistemə 85 minə yaxın vakansiya daxil edilib — İş axtaranlara ŞAD XƏBƏR
20 Yanvar 2020 20 Yanvar faciəsi metropolitendə yad edilib - FOTO
20 Yanvar 2020 Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
17 Yanvar 2020 Bakıda maşından polislərə atəş açıldı
17 Yanvar 2020 Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü
16 Yanvar 2020 Daha bir şəhərdə “ASAN xidmət” tikiləcək - Prezident Sərəncam imzaladı
16 Yanvar 2020 AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarladı - FOTO
16 Yanvar 2020 Səhiyyə Nazirliyindən yeni virusla bağlı XƏBƏRDARLIQ
16 Yanvar 2020 Prezidentin kreditlərlə bağlı xəbərdarlığından sonra yeni təkliflər hazırlandı - VİDEO
15 Yanvar 2020 Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
15 Yanvar 2020 Mədət Quliyev onu vəzifədən azad etdi
15 Yanvar 2020 Nizaməddin Quliyevin oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda fermer elektrik lampasından görün nə etdi - VİDEO
14 Yanvar 2020 Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI