b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_avtoyuma_1.jpg

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıb.

İdarənin məlumatında deyilir ki, avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən bir çox hallarda nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər.

Bildirilib ki, belə hallar bəzən həmin məntəqələrdə çalışan və adətən, gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:

“Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq, onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir”.

Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə tövsiyə edir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışsınlar, avtomobili təsadüfi deyil, tanıdıqları, məsuliyyətli, peşəkar insanlara etibar etsinlər.



02 İyul 2020 Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü
02 İyul 2020 Sürücülər belə icazə alacaq - 8103-də YENİLİK
02 İyul 2020 Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır
02 İyul 2020 Azərbaycan nefti bahalaşıb
02 İyul 2020 Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı - Müraciət
01 İyul 2020 Baş Nazir karantin rejimindən danışdı
01 İyul 2020 Rəsmilər sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan bölgələr üçün toplandı - FOTO
01 İyul 2020 İcazəsi olmayanlar belə müəyyən ediləcək
01 İyul 2020 Bakıda karantin postları niyə yığışdırılıb? - AÇIQLAMA
01 İyul 2020 İranda koronavirusa yoluxanların sayı 230 mini keçib
01 İyul 2020 Nazirlikdən yeni yaradılan agentliklərlə bağlı AÇIQLAMA
01 İyul 2020 Bill Qeytsdən koronavirus peyvəndi ilə bağlı bəd xəbər
01 İyul 2020 Bəhram Bağırzadə ECMO cihazından ayrılıb
30 İyun 2020 Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO
30 İyun 2020 Şəxsi maşınında maska taxmayan sürücülər kamera ilə cərimə olunur? - AÇIQLAMA
30 İyun 2020 Azərbaycanda iki vəkil koronavirusa yoluxdu
30 İyun 2020 Azərbaycanın bu ərazisində postlar quruldu, nəzarət gücləndirildi - VİDEO
29 İyun 2020 Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
29 İyun 2020 SMS-icazədə daha bir dəyişiklik
29 İyun 2020 “Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan ölüb