b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fgghgfjhghjhgjjh.jpg
Suriyada Bəşər Əsəd rejiminə qarşı xeyli azərbaycanlı vuruşur. Onlar zamanla həbs olunaraq məhkəmə qarşısına çıxarılır. Döyüşçülərdən ikisinin – Sumqayıt sakini Mehman Qarayevlə Xətai rayonunda yaşamış Rövşən Rəhimovun məhkəməsi gedir.

Missiya.Az xəbər verir ki, azərbaycanlılar Suriyada 2013-cü ildə vuruşublar. Bir müddət sonra geri qayıdıblar. Onlar Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda, bunların tərkibində iştirakda ittiham olunaraq həbs ediliblər. İndi nə Mehman Qarayev özünü təqsirli bilir, nə də Rövşən Rəhimov.

Mehman danışır ki, Suriyada döyüşmək fikrinə internetdə videolar görəndən sonra gəlib. Əvvəlcə Türkiyəyə gedib. Qaziantep şəhərində Sumqayıtdan tanıdığı bir nəfərlə qarşılaşıb, birlikdə sərhədi keçiblər. “Mən zülmə etiraz edirdim”, – Mehman belə deyir.

İttiham olunan şəxs xüsusi təlimlərdə iştirak etmədiyini iddia edir. Adam öldürmədiyini bildirir. Suriyaya getdiyinə görə də peşman deyil: “İnsan günah işlədəndə peşman olar. Mən heç bir günah işlətməmişəm”.

Rövşən Rəhimov əvvəllər dörd dəfə məhkum olunub, beşinci dəfədir bu taleyi yaşayır. Dəmirçi işləyirmiş. O vaxt Türkiyəyə qazanc üçün gedib, kiçik sexlərdən birində işə düzəlib. Deyir ki, məqsədi insanlara kömək etmək olub: “Fikirləşdim ki, maşın sürüb-eləyərəm, nəsə köməyim dəyər. Çox həbs olunmuşam. Doğru yolu axtarırdım, dinə gəldim”.

Rövşən həbs olunanada evindən axtarış zamanı tüfəng, binokl, ratsiya, oxatan tapılıb. Məhkəmə qarşısına çıxarılan şəxs özünü müdafiə edir: “Mən ov həvəskarıyam. Evdən tapılan da ov tüfəngi olub. Adi binokl idi. Ratsiyaların da başı sınmışdı. Bu şeyləri ovçular mağazasından almışdım. Bircə tir tüfəngini qaytardılar. Qalanlarıyla bağlı mənə yazdırdılar ki, guya özüm məhv edilməsini istəyirəm”.

Məhkəmə işi davam edir.

20 İyul 2019 "İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
19 İyul 2019 Bakıda evsizlərə ŞAD XƏBƏR – VİDEO
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Yol polisindən avtoyuma məntəqələri ilə bağlı - XƏBƏRDARLIQ
16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO
26 İyun 2019 Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25 İyun 2019 Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində - FOTO