b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dgfddggfgf.JPG

Almaniya, Fransa və Birləşmiş Krallıq İrana qarşı sanksiyaların bərpası ilə bağlı ABŞ-ın müraciətini dəstəkləmədiklərini bəyan ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə bu ölkələrin XİN başçıları birgə bəyanat yayıblar.

"Avqustun 20-də ABŞ BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planında iştirakçı olan ölkənin İrana qarşı 2015-ci ildə qaldırılan çoxtərəfli sanksiyaların yenidən tətbiqinə imkan verən və BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun olan "snapback" (qəfil bərpa) mexanizmini işə salmağı istəyib.

Fransa, Almaniya və Birləşmiş Krallıq bəyan edir ki, ABŞ 2018-ci ilinin may ayının 8-də nüvə sazişindən geri çəkildikdən sonra artıq bu razılaşmada iştirakçı tərəf deyil. Bizim bu məsələ ilə bağlı mövqeyimiz həm prezidentliyə, həm də BMT TŞ-nin üzvlərinə açıq şəkildə ifadə edilib. Biz Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləməyə yönəlmiş mövcud səylərmizlə uzlaşmayan bu addımı dəstəkləmirik.

Fransa, Almaniya, və Birləşmiş Krallıq çoxtərəfliliyin əsasını təşkil edən proses və institutların qorunmasına sadiq olaraq qalır.

BMT Təhlükəsizlik Şurasının nüfuzunu və bütövlüyünü qorumaq məqsədini rəhbər tuturuq. Bütün BMT TŞ üzvlərini TŞ-də fikir ayrılıqlarını dərinləşdirən və ya onun işində ciddi mənfi nəticələrə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.

ABŞ-ın razılaşmadan geri çəkilməsinin səbəb olduğu ciddi çətinliklərə baxmayaraq, biz Hərtərəfli Birgə Fəaliyyət Planına sadiq qalırıq. İnanırıq ki, razılaşmanın iştirakçıları arasında dialoq, o cümlədən Birgə Komissiya və mübahisələrin həlli mexanizmindən istifadə etməklə İranın razılaşmadakı öhdəliklərinə sistemli şəkildə əməl etməməsi problemini həll etməliyik. Razılaşmanı qorumaq üçün İranı nüvə öhdəliklərinə uyğun olmayan bütün atılan addımları ləğv etməyə çağırırıq", - deyə Almaniya, Fransa və Böyük Britaniyanın birgə bəyanatında qeyd olunub. apa


17 Oktyabr 2020 Ərdoğan: “Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb”
10 Oktyabr 2020 COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb
09 Oktyabr 2020 Qırğızıstanın sabiq prezidentinə sui-qəsd olub
07 Oktyabr 2020 İnformasiya müharibəsində fəal olaq - VİDEO
01 Oktyabr 2020 Lavrov və Çavuşoğlu Qarabağdakı mövcud vəziyyəti müzakirə edib
16 Sentyabr 2020 Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi
16 Sentyabr 2020 Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı
15 Sentyabr 2020 Ceyhun Bayramov Fransa səfirini qəbul edib - FOTO
09 Sentyabr 2020 Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb
07 Sentyabr 2020 Fransada silahlı hücum: bir ölü, bir yaralı
05 Sentyabr 2020 ABŞ-ın koronavirus peyvəndi oktyabrda hazır ola bilər
04 Sentyabr 2020 Aİ Lukaşenkoya qarşı sanksiyalardan imtina etdi
03 Sentyabr 2020 Rusiya üç ölkə ilə uçuşları bərpa edir
19 Avqust 2020 Mali prezidenti qan tökülməsin deyə istefa verdi
17 Avqust 2020 ÜST-dən gözlənilməz çağırış: "Bundan sonra “COVİD-19"a görə karantin tətbiq etməyin!”
08 Avqust 2020 Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var
07 Avqust 2020 Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var
07 Avqust 2020 Türkiyədə karantin yenidən bərpa edildi
05 Avqust 2020 Təhlükə geridə qaldı: Asteroid Yerdən yan keçdi
23 İyul 2020 Bill Qeytsdən COVID-19 peyvəndi ilə bağlı bədbin AÇIQLAMA