b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579076703_818054.jpg
Ötən il Səudiyyə Ərəbistanında 184 nəfər edam edilib.
 
Missiya.Az xəbər verir ki, edam edilən məhkumlardan 3-ü həbs edilərkən yaşı 18-dən az olub.

 
Edam edilənlərdən biri Əbdülkəraim əh-Havajdır. O, 16 yaşındaykən WhatsApp sosial şəbəkəsi vasitəsi ilə hökümət əleyhinə mesajlar yazdığına görə saxlanılıb. Əbdülkərim 5 il sonra, 2019-cu ildə edam olunub. İddialara görə, o, səhvini etiraf edənə qədər bədəninə elektrik verilib və başqa işgəncələrə məruz qalıb.
 
Əbdülkərim və başqa 36 nəfər eyni gündə, aprel ayında edam olunub. Hətta məhkumlardan biri digərlərinə dərs olsun deyə çarmıxa çəkilib.
 
Yeniyetmə ikən saxlanılıb, ötən il edam olunanlardan biri də 17 yaşında həbs edilən Mujtaba əs-Sveykatdır. O, qəbul olduğu Miçiqan Universitetinə gedərkən tutulub.
 
Məhkəmə sənədlərinə görə, o, hüquq-mühafizə orqanlarının üzərinə molotov kokteyli atıb və sosial şəbəkələrdə hökümət əleyhinə çıxışlar edib.
 
17 yaşında saxlanılıb ötən il edam edilənlər arasında Salman Qureyişin adı var. O, azyaşlıya qarşı cinayət törətməkdə ittiham olunaraq ölüm hökmü ilə cəzalandırılıb.

Milli.Az
27 Yanvar 2020 Lebron Ceyms Kobi Brayantın ölümünü eşidib göz yaşlarına boğuldu
16 Yanvar 2020 Putin: Digər ölkələr çoxdan belə bir qərar qəbul ediblər
13 Yanvar 2020 İraqda ABŞ hərbçilərinin olduğu bazaya 8 raket atdılar - YARALILAR VAR
10 Yanvar 2020 KİV: İsrail Suriya-İraq sərhədinə hava zərbələri endirib
09 Yanvar 2020 176 nəfərin həyatına son qoyan təyyarədən müəmmalı zəng: Bizə hücum edirlər
06 Yanvar 2020 ABŞ hərbi bazasına hücum - 3 əsgər öldürülüb
27 Dekabr 2019 İstanbulda qorxulu anlar: Nəhəng gəmi sahilə çırpıldı - Video
18 Dekabr 2019 Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib
16 Dekabr 2019 İranla bağlı dəhşətli statistika açıqlandı - 304 nəfər öldürüldü
13 Dekabr 2019 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
09 Dekabr 2019 İran ABŞ hərbi bazasını raket atəşinə tutub
06 Dekabr 2019 NATO-nun ən güclü orduları açıqlanıb
05 Dekabr 2019 NATO-nun əsas düşməninin adı açıqlandı
18 Noyabr 2019 İranda vəziyyət nəzarətdən çıxır - Parlament növbədənkənar iclas çağırdı - FOTO
15 Noyabr 2019 ABŞ Misirə “Su-35” qırıcılarına görə xəbərdarlıq edib
14 Noyabr 2019 Tramp səhv rəqəm səsləndirdi, Ərdoğan sözünü kəsdi - VİDEO
05 Noyabr 2019 Bağdadinin böyük bacısı saxlanıldı - FOTO
04 Noyabr 2019 İranın Kərbəladakı konsulluğuna hücum olub: 5 ölü var
31 Oktyabr 2019 ABŞ-ın İraqdakı səfirliyi minaatanlardan atəşə tutulub - Ölən var
30 Oktyabr 2019 İraq çobanları İŞİD-in 25 milyon dollarlıq xəzinəsini tapıblar