b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_385d230c4a6cc05_700x390.jpg

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın “Rustavi 2” telekanalında prezident Vladimir Putinin ünvanına səsləndirilən təhqirlərə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, Rusiya dövlət başçısının ünvanına təhqiramiz ifadələrin səsləndirilməsi qınanıb.

“Buna gürcü radikal qüvvələrinin Rusiya-Gürcüstan münasibətlərini pozmağa istiqamətlənmiş daha bir açıq təxribatı kimi baxırıq. Bu məlum insident çirkin rusofobiyanın hara apardığı yerin aydın nümunəsidir. Qeyd edirik ki, bu dəfə iyunun 20-də Rusiya parlamenti nümayəndələrinə hücumlardan fərqli olaraq Gürcüstan hakimiyyəti radikallara haqq qazandırmadı, özlərini təxribatçılardan ayırmağa və onların hərəkətini qınamağa özündə güc tapdı. Baş verənlərlə bağlı Gürcüstan cəmiyyətində haqlı narazılığı da görürük. Beynəlxalq və regional təşkilatlardan, jurnalist cəmiyyətləri tərəfindən adekvat reaksiyaları gözləyirik. Bu cür təzahürlərə sivil ölkələrdə yer olmamalıdır”, - Rusiya XİN-in saytında yayılan məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.



11 May 2020 İran öz gəmisini vurub - Ölən və yaralananlar var
07 May 2020 ABŞ-da COVID-19-la bağlı araşdırma aparan alim öldürülüb
06 May 2020 Trampın gecələr yata bilməməsinin səbəbi açıqlandı
04 May 2020 İranda pul islahatı baş tutdu - Milli valyutanın adı dəyişdirildi
30 Aprel 2020 Dünyanın gözü bu ölkədədir - İlk yoluxma qeydə alındı
27 Aprel 2020 Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi
21 Aprel 2020 Tramp neftin qiymətindən danışdı - MÜHÜM QƏRAR
18 Aprel 2020 Tramp qubernatora əsəbiləşdi: “Çox danışırsınız, gedin işinizlə məşğul olun”
15 Aprel 2020 Çindən ŞOK AÇIQLAMA: Koronavirus ayaqqabı dabanında qalır
06 Aprel 2020 Koronavirusdan sağalan 86 yaşlı qadının beyninə qan sızıb - FOTO
04 Aprel 2020 ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb
01 Aprel 2020 Çinli yeniyetmə koronavirusu Uhana qaytardı
27 Mart 2020 İtaliyada son sutka ərzində koronavirusdan 919 nəfər ölüb
13 Mart 2020 Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
12 Mart 2020 Alimlər: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”
10 Mart 2020 Çin prezidenti koronavirusun kütləvi yayıldığı şəhərə səfər edib
06 Mart 2020 Mikrafonun açıq olduğunu unudan Ərdoğan: ''Əsəd ilə ...?" - VİDEO
05 Mart 2020 Türkiyədə terror aktları törədilə bilər - NAZİRDƏN AÇIQLAMA
03 Mart 2020 Çindən koronavirusla bağlı sevindirici xəbər gəldi
02 Mart 2020 Ərdoğan: “Avropadan zəng edirlər, deyirəm, artıq gecdir”