|
|
![]() |
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.
Missiya.Az xəbər verir ki, bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".