b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_wqeqweqw.jpeg

Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırıb.

Missiya.Az xəbər verir ki, DİN-dən verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür:

"Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışırlar.

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, biri isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb”.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə  gözlənilməlidir.

Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”, - deyə DİN-dən qeyd edilib.



21 Yanvar 2021 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı
20 Yanvar 2021 Tariximizin 20 Yanvar dastanı - UNUDULMAYAN TARİX
19 Yanvar 2021 “YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib
19 Yanvar 2021 Ərəb KİV-lərində azərbaycanlı alimin 20 Yanvar hadisələri haqqında məqaləsi yayılıb
19 Yanvar 2021 İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
18 Yanvar 2021 Əhməd Cavadın nəticəsi:“Arzulayıram ki, babamın adına Şuşada Türk Dünyası Mədəniyyət və Ədəbiyyat Mərkəzi açılsın”
17 Yanvar 2021 Müdafiə Nazirliyinə veteran adı ilə bağlı müraciət edən vətəndaşların NƏZƏRİNƏ
17 Yanvar 2021 Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu
16 Yanvar 2021 Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
16 Yanvar 2021 Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
16 Yanvar 2021 Ağdamın Şelli kəndindən görüntülər
15 Yanvar 2021 Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə edilir
14 Yanvar 2021 380 yeni yoluxma faktı qeydə alınıb
13 Yanvar 2021 Füzulinin Ələsgərli kəndindən görüntülər
13 Yanvar 2021 Abdullah Gül : "Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bizi son dərəcə məmnun edib"
13 Yanvar 2021 Vaksinasiya ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında ediləcək
13 Yanvar 2021 Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?
11 Yanvar 2021 Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
11 Yanvar 2021 Ersin Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
09 Yanvar 2021 “Türkiyə-Naxçıvan qaz istehsalının inşasına başlayacağıq” - Fatih Dönmez