b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_yretertert.jpg

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərarla ölkə üzrə məhdudiyyətlərin tətbiq olunduğu həftəsonlarında fəaliyyətinə icazə verilən sahələr müəyyənləşib.

Missiya.Az xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

1. hüquq-mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

8. mühafizə xidmətləri.

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.


03 Dekabr 2020 Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım etdi
03 Dekabr 2020 Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır
03 Dekabr 2020 Dünyada COVİD-19-a yoluxanların sayı durmadan artır STATİSTİKA
03 Dekabr 2020 "Yaralı əsgərimizi görəndə şok yaşadıq" - Həkim Məhəmməd Davudov - Müsahibə
02 Dekabr 2020 Ermənilər Paşinyanı istefaya göndərmək üçün bu yola əl atdılar
02 Dekabr 2020 Dünyada “COVID-19”a yoluxanların sayı 64 milyonu ötdü
01 Dekabr 2020 İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Qələbə paradının vaxtı və yeri açıqlandı
30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama